Beynəlxalq Diş Əti Sağlamlığı Gününə həsr olunmuş seminar təşkil edilib  
12.05.2022 17:18

Diş əti xəstəlikləri müalicə edilmədiyi halda, dişlərin və implantların itkisinə səbəb olaraq insanlarda düzgün qidalanma çətinliyi, nitq qüsuru, özünəinamın azalması ilə nəticələnən qeyri-yoluxucu xroniki iltihabi xəstəliklərdir. Təəssüf ki, diş əti xəstəliyi ictimaiyyət tərəfindən hələ də az tanınır. Bu səbəblə diş əti xəstəliklərinin profilaktikası və effektiv müalicəsi təkcə ağız boşluğu sağlamlığı üçün deyil, bütün orqanizm üçün böyük əhəmiyyət kəsb edir.

 

Aztibb.az Səhiyyə Nazirliyinə istinadla bildirir ki, bu fikirlər mayın 12-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən seminarda səsləndirilib.

 

Davamlı tibbi təhsil kurslarında iştirak edən həkim-stomatoloqlara və rezidentlərə institutun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli tərəfindən “Diş əti sağlamlığı, diş əti xəstəliklərinin müasir diaqnostikası və müalicəsi” mövzusunda məruzələr oxunub.

 

Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının assistenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, Diş Əti Sağlamlığı Günü Milli koordinatoru Leyla Bəkirova tərəfindən “Diş əti xəstəliklərinin qeyri-cərrahi müalicəsi və fərdi ağız boşluğu gigiyenasının maarifləndirilməsi” mövzusunda universitetin stomatologiya ixtisası üzrə təhsil alan tələbə və rezidentləri üçün bu günə həsr olunmuş seminar və praktik kurs keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib