ATU-nun II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib
12.05.2022 19:44
Bu gün Azərbaycan Tibb Universitetetinin (ATU) 4 saylı tədris binasında II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransı keçirilib.
Aztibb.az xəbər verir ki, konfransı giriş sözü ilə universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev açıb.
ATU-da tələbə elmi cəmiyyətlərinin işinə xüsusi önəm verildiyini vurğulayan prorektor qeyd edib ki, istedadlı tələbələrin elmi işə cəlb olunması çox vacib məsələlərdən biridir: “Tədrisin aparılması və elmi yeniliklərin praktiki təcrübəyə tətbiq olunması bilavasitə elmi fəaliyyətlə bağlıdır. Bir neçə il əvvəl Bakı Dövlət Universitetində 600-dən çox bal toplayan tələbələri mütləq elmi işə cəlb edirdilər. Bu baxımdan müalicə işi fakültələrinə qəbul olunan tələbələrin böyük əksəriyyətinin 600-dən çox bal topladığını diqqətinizə çatdıraraq deyə bilərəm ki, ən istedadlı, ən hazırlıqlı tələbələr bizim universiteti seçiblər. Ona görə də universitetimizdə TEC-in uğurlu fəaliyyəti təbiidir”.
S.Əliyev elmi tədqiqata həvəs göstərən tələbələrlə işin düzgün qurulmasında TEC-in sədri, tibb elmləri doktoru Müşfiq Həsənov, elmi rəhbəri, professor Amaliya Əyyubova və fakültənin dekanı, dosent İsrail Məhərrəmbəylinin rolunu da yüksək qiymətləndirib. O, tibbi nailiyyətlərin həmişə elmi işlərin nəticələri ilə bağlı olduğunu, burada məruzələrlə çıxış edən tələbələrin hamısını indidən qalib hesab etdiyini söyləyərək, konfransın işinə uğurlar arzulayıb.
ATU TEC-in sədri Müşfiq Həsənov da konfransda çıxış edərək, 44 günlük Vətən müharibəsindən sonra bütün tədbir iştirakçılarını qalib ölkənin qalib vətəndaşları kimi salamlamaqdan qürur duyduğunu bildirib.
Bundan sonra Tələbə Elmi Cəmiyyətinin ictimai təşkilat olduğunu, hər bir tələbənin elmi tədqiqat işlərində iştirak etmək hüququna malik olduğunu xatırladan M.Həsənov bu istiqamətdə inkişaf yolunu müəyyən etməyin vacibliyini qiqqətə çatdırıb. Qeyd edib ki, bütün kafedralarda tələbə elmi cəmiyyətlərinin yeni rəhbərləri fəaliyyət göstərirlər. Onu da vurğulayıb ki, elmi mövzuların verilməsi və təkrarlanmaması, həmin mövzuların kafedra daxilində müzakirələrinin aparılması daim diqqət mərkəzində saxlanılır.
I kursdan başlayaraq tələbələrin maraq dairəsinin öyrənildiyini də deyən M.Həsənov tədqiqatların iki istiqamətdə - tədris, həmçinin eksperimantal və klinik materiallar əsasında aparıldığını bildirib. O, iki tələbəmizin beynəlxalq konfransda xüsusi mükafata layiq görülməsini də tələbə tədqiqatçılarımızın uğuru kimi dəyərləndirib.
M.Həsənov çıxışının sonunda gələn ay Naxçıvan şəhərində 8 universitet rəhbərinin və 20-dən çox dərnəyin iştirakı ilə təbabətin aktual problemlərinə həsr olunan I Beynəlxalq Tibb Forumunun keçirilməsi haqqında məlumat verərək, bugünkü konfransda yüksək nəticə göstərən bir tələbənin həmin foruma dəvət ediləcəyini bildirib.
II MPF-nin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Aqil Əliyev konfransın tərkibi, gedişi barədə məlumat verib. Əvvəlcə Patoloji fiziologiya, Patoloji anatomiya, Şüa diaqnostikası və terapiyası, Ümumi cərrahiyyə, sonra Normal fiziologiya, Bioloji fizika, növbəti gün isə digər klinik kafedraların elmi işlərinin müzakirə olunacağını deyib.
Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Eyyub Miriyev konfransın proqramını və münsiflər heyətinin tərkibini diqqətə çatdırıb.
Açılış tədbirinin sonunda fakültənin dekanı, konfransın sədri, dosent İsrail Məhərrəmbəyli təşkilati işlərə xüsusi dəstək verdiyinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və aktual mövzulara dair hazırlanan çıxışların maraqla qarşılanacağına əminliyini ifadə edib.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

