2 nömrəli Bakı Baza Tibb Kollecində Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib
12.05.2022 15:33

Bu gün Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 12 may - Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib. Həmçinin BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yaradılmış Resurs Mərkəzinin açılışı olub.

 

Tədbirdə Səhiyyə Nazirliyinin və BMT-nin Uşaq Fondu nümayəndələri, eləcə də UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin üzvləri iştirak ediblər.

 

Səhiyyə nazirinin müavini İlqar Qasımov çıxışı zamanı müasir avadanlıqlarla təchiz olunmuş təlim mərkəzini gələcəyin tibb bacılarına istifadəyə verilməsini yüksək qiymətləndirib: “Bundan öncə ölkəmizin 4 şəhərində pilot layihə uğurla həyata keçirilib və gələcəkdə növbəti təlim mərkəzlərinin açılışı planlaşdırılır”.

 

İlqar Qasımov Vətən müharibəsi zamanı tibb bacılarının fədakarlığını xüsusilə vurğulayaraq deyib: “44 günlük Vətən müharibəsində tibb bacılarının səhiyyə sahəsində göstərdiyi xidmətləri əvəzsizdir”.

 

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens öz növbəsində qeyd edib ki, müasir tibb bacılarının fəaliyyətləri kifayət qədər genişdir. OOnun sözlərinə görə, patronaj tibb bacılarının yerlərdə verdikləri sosial məsləhətlər, valideynlərlə apardıqları maarifləndirmə işi həm səhiyyə, həm də sosial layihələrə dəstəkdir.

 

“Bu gün Resurs Mərkəzini istifadəyə verməklə bu fənni kurikuluma daxil etdik. Nəticədə gələcəkdə çoxlu sayda tibb bacılarının yerlərdə patronaj xidmətlərini daha da böyük səriştə ilə yerinə yetirəcəklərinə inanırıq”, - deyə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri fikrini tamamlayıb.

 

Sonda iştirakçılar 2 nömrəli Bakı Baza Tibb Kollecinin Resurs Mərkəzində yaradılan şəraitlə tanış olublar.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib