Almaniyanın Manhaym Universitet Tibb Mərkəzinin rəhbərliyi ATU-nun qonağı olub - FOTO
12.05.2022 15:03
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Almaniyanın Heidelberg Universiteti, Manhaym Universitet Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının direktoru Prof. Dr.med. Christoph Reißfelderi qəbul edib.
 
Aztibb.az xəbər verir ki, görüş zamanı ATU-nun Tədris Cərrahiyyə Klinikasının Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası ilə birgə icra etdiyi elmi araşdırma layihəsinin icrası, birgə keçirilən konfransın nəticələri ilə bağlı müzakirə aparılıb. Eyni zamanda, iki təhsil müəssisəsi arasında rezidentlərin rotasiyası, müştərək elmi tədqiqatların həyata keçirilməsi, yeni əməkdaşlıq layihələrinin aparılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, Manhaym Tibb Mərkəzi Almaniyanın tibb təhsili verən aparıcı üç ali məktəbindən biri olan Heidelberg Universitetinin tərkibinə daxildir. ATU-nun Tədris Cərrahiyyə Klinikasının Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası ilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyilə PAGEL proqramı çərçivəsində birgə layihə icra edir. 2020-2024-cü ilədək davam edəcək layihə çərçivəsində cərrahiyyə üzrə həm tibb təhsili, həm də elmi araşdırmaların aparılması əhatə edir. Layihə çərçivəsidnə bir neçə gün öncə ATU-da alman mütəxəssisləri iştirakı ilə “Cərrahi əməliyyatdan sonra erkən bərpa (ERAS) konsepsiyasının Azərbaycanda tətbiqi imkanları“ mövzusunda konfrans da keçirilib.
 
Layihə çərçivəsində qısa və uzunmüddətli təcrübə proqramlarının, canlı və onlayn formatda tədris kurslarının təşkili, həmçinin tələbə və rezidentləri, gənc həkimlərin mübadiləsinin aparılması nəzərdə tutulub.
 
Görüşdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev, I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, mətbuat xidmətinin rəhbəri Günel Aslanova və digər aidiyyəti şəxslər iştirak edirdilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib