Səhiyyə naziri ÜST-nin Azərbaycan ofisinin rəhbəri ilə görüşüb
12.05.2022 14:26

Səhiyyə naziri Teymur Musayev ÜST-nin ölkə ofisinin rəhbəri Hande Harmancı ilə görüşüb.

 

Görüş zamanı Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu bir təşkilat ilə 1992-ci ildən sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, ötən müddət ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.

 

Səhiyyə naziri bu yaxınlarda ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klugenin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev ilə və Səhiyyə Nazirliyində keçirilən görüşü xatırladıb. O, nüfuzlu səhiyyə təşkilatının rəhbərinin ölkəmizə səfərinin əlaqələrimizə töhfə verəcəyinə əminliyini ifadə edib.

 

COVID-19 infeksiyası ilə mübarizə mövzusuna toxunan Teymur Musayev vurğulayıb ki, Azərbaycanda həyata keçirilmiş kompleksli tədbirlər nəticəsində son zamanlar koronavirusa yoluxma sayında kəskin azalma müşahidə olunur. Ölkəmizin COVID-la əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini daim dəstəklədiyini deyən nazir, Azərbaycanla ÜST arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə təşkilatın ölkəmizdəki nümayəndəliyinə təşəkkürünü bildirib.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə nəzərəçarpan uğurlar qazanan ölkələr sırasındadır. Eyni zamanda, pandemiya ilə mübarizədə ilk günlərdən ÜST ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır.

 

Konstruktiv və dostluq şəraitində keçən görüş zamanı gələcəkdə birgə layihələrin həyata keçirməsi ətrafında (Qrip pandemiyasına qarşı Milli hazırlıq planının yenilənməsi; Səhiyyə sahəsində fövqəladə hallara hazırlıq üzrə birgə qrupun yaradılması; multidissiplinar tibbi yardımın təşkilində əməkdaşlıq; beynəlxalq və kütləvi tədbirlərə texniki dəstək və s.) faydalı müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib