TƏBİB qastroenteroloji tibbi xidmətin artırılmasına dəstəyi gücləndirəcək - MEMORANDUM
12.05.2022 12:43
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyəti (AQİEC) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
 
Aztibb.az xəbər verir ki, Memorandumu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və Qastroenterologiya və İnvaziv Endoskopiya cəmiyyətinin sədri Fərid Quliyev imzalayıblar.
 
Memorandum tərəflər arasında uzunmüddətli qarşılıqlı faydalı elmi əməkdaşlığın dərinləşməsinə, tibbi əməkdaşlığın möhkəmləndirilməsinə, Azərbaycanda qastroenteroloji tibbi xidmətin artırılmasına dəstəyin gücləndirməsini ehtiva edir.
 
Memorandumun imzalanması mərasimində tibbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-praktiki konfransların, simpoziumların, ixtisasartırma kurslarının, təlimlərin, o cümlədən digər tibbi tədbirlərin birgə təşkili müzakirə olunub.
 
Bildirilib ki, mütəxəssislərin iştirakı ilə keçiriləcək qarşılıqlı elmi-praktiki tədbirlər, müştərək elmi-tədqiqat işləri, tibbi araşdırmalar və birgə əməkdaşlıq ölkəmizdə qastroenterologiya sahəsində yeniliklərin tətbiqinə, yeni elmi nailiyyətlərin əldə edilməsinə və bu sahənin inkişafına öz töhfəsini verəcək.
 
Bundan sonra, TƏBİB və AQİEC Bakı şəhəri və regionlar üzrə qastroenteroloji xidmətin yaxşılaşdırılması, inkişafı, bu sahədə mütəxəsislərin bilik və bacarıqlarının artırılması məqsədilə qarşılıqlı əməkdaşlıq edəcək.
 
Memorandumun müddəti imzalandığı tarixdən iki il ardıcıl davam edəcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub