Bibər toxumunda karantin tətbiq edilən orqanizm aşkar olunub
11.05.2022 15:01
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
 
AQTA-dan Aztibb.az-a verilən məlumata görə, Niderland Krallığından ölkəmizə idxal olunan, “Monsanto Hollan BV” şirkətinə məxsus bibər toxumuna Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılan müayinələri nəticəsində məhsul partiyasında qonur qırışıqlıq virusu (“Tomato brown rugose fruit virus”) aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 14.9 kq bibər toxumunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhsul məhv edilib. Həmçinin bu barədə istehsalçı ölkənin müvafiq qurumuna bildiriş göndərilib.
 
Qeyd edək ki, viruslarla sirayətlənmiş toxumların ölkədə əkinçilikdə istifadəsi məhsulların, bitkilərin viruslara yoluxması ilə nəticələnə bilər. AQTA bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ölkəyə gətirdikləri toxumların bitki mənşəli viruslardan və zərərvericilərdən azad olunmasına ciddi nəzarət etmələrini tövsiyə edir. Bu kimi hallara qarşı ciddi tədbirlər görüləcəkdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub