“Səhiyyə” işçi qrupunun videokonfrans formatında növbəti iclası olub
11.05.2022 12:08

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanin “Səhiyyə" işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, iclasda işçi qrupunun nəzərdə tutulmuş aylar üçün görülməli olan işlərlə bağlı müəyyən dəyişikliklər, fəaliyyət planı layihəsinə edilmiş təkliflərin müzakirəsi aparılıb. Həmçinin bu sahədə olan prioritet istiqamətlərə - uşaq və yeniyetmələrin psixi sağlamlığının yaxşılaşdırılması, ailə həkimi institutunun yaradılması istiqamətində görülməli işlər, tibbi protokolların yenilənməsi məsələsi, vətəndaşların sağlam həyat tərzinin təbliği və təşviqi, bunun təşkilində müxtəlif qurumların əməkdaşlığa cəlb olunması məsələlərinə toxunulub.

 

Eyni zamanda, əvvəlki iclasın protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat verilərək, yeni təklif və tədbirlər nəzərdən keçirilib.

 

Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika Komitəsi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə” işçi qrupunun aidiyyəti nümayəndələrinin iştirakı ilə davam edən görüşdə əhalinin sağlamlığının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlər geniş müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib