Dünya Azərbaycanlılarının V Qurultayında xidmət göstərən tibb işçiləri təltif edilib
10.05.2022 23:19

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dünya Azərbaycanlılarının V Qurultayı ilə əlaqədar TƏBİB-in ərazi tibb müəssisələrinin gücləndirilmiş iş rejimində çalışmış əməkdaşlarının təltifedilməsinə həsr edilmiş tədbir keçirilib.

 

İlk olaraq ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib ki, bu gün eyni zamanda, xalq olaraq müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü gününü qeyd edirik.

 

“Ümummilli lider Heydər Əliyev Azərbaycanda səhiyyənin inkişafına, tibb işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərmiş, ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.
Bura toplaşmağımızın ikinci səbəbi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı zamanı iştirakçıları tibbi xidmətlərlə təmin etmək üçün fəallığı ilə seçilən həmkarlarımıza təşəkkür etməkdir. Bilirsiniz ki, 3 gün davam edən tədbir müddətində TƏBİB-in ərazi tibbi müəssisələri gücləndirilmiş iş rejimində çalışmışdır. Bu müddət ərzində Şuşa Modul Xəstəxanası 24 saat xidmət göstərmiş, tam təchiz olunmuş Təcili və Təxirəsalınmaz Tibbi Yardım birqadaları xidmət başında olmuşlar. Eyni zamanda, tədbirdə iştirak edən şəxslərin “COVlD-19” üzrə PZR test nümunələrinin götürülməsi də TƏBİB tərəfindən uğurla həyata keçirilmişdir. Mən bu işdə əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm”, – deyə V.Qurbanov vurğulayıb.

 

Daha sonra xidmət göstərmiş 43 tibb işçisinə TƏBİB tərəfindən təşəkkürnamələr təqdim edilib.

 

Sonda tibb işçiləri adından çıxış edən Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov Şuşada xidmət göstərməyin tibb işçiləri üçün böyük qürur olduğunu vurğulayıb. Onlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub