AQTİ-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib  
10.05.2022 18:06
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
 
Tədbirdə çıxış edənlər Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan, ölkəmizin tərəqqisi və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz və əvəzolunmaz xidmətlərdən bəhs ediblər. Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyi görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter alıb. Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuş dahi şəxsiyyətin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. H. Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Bu gün ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi xətt, milli birlik və həmrəylik ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir.
 
Sonda ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən film nümayiş olunub.
 
Tədbirdən sonra AQTİ-nin kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül-çiçək dəstələri qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla anıblar. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib