Gömrük Hospitalının rezidentləri ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş konfransda çıxış ediblər
06.05.2022 15:58

Mərkəzi Gömrük Hospitalı baş həkiminin müavini, tibb xidməti polkovnik-leytenantı Rəna Qasımova və həkim-rezidentlər 5-6 may 2022-ci il tarixlərində Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş rezidentlərin elmi-praktik konfransında iştirak ediblər.

 

Konfransın rəsmi açılış hissəsində ATU-nun rektoru, professor Gəray Gəraybəyli, İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Təranə Əhmədova və ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova çıxış ediblər. Onlar çıxışlarında ulu öndər Heydər Əliyevin tibb sahəsinə yetirdiyi böyük diqqət və qayğıdan danışıblar.

 

Bildirilib ki, məhz dahi lider Heydər Əliyevin təşəbbüsü ilə milli həkim kadrlarının Avropa, ABŞ, Rusiya və s. ölkələrin nüfuzlu tibb müəssisələrində təhsil almalarına şərait yaradılıb. Həmin siyasəti davam etdirən Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycan Tibb Universitetinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri İnstitutunun, Milli onkologiya Mərkəzi, Akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin, Yeni Klinika, Mərkəzi Klinika və s., həmçinin bütün dövlət xəstəxanalarının maddi-texniki bazaları genişlənib. 2012-ci ildə yaradılmış rezidentura təhsil pilləsi tələbələrinin müstəqil praktikaya daha yetkin tibb mütəxəssislər olaraq başlaması, seçdikləri ixtisası daha dərindən, elmi tədqiqat səviyyəsində öyrənməsinə şərait yaradır. Bu addım həm də ölkəmizin dünya tibb təhsili sisteminə uyğunlaşması və müasir səhiyyə modelinə uyğun formalaşmasına imkan yaradır.

 

Konfransın birinci günündə Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimasiya şöbəsinin həkim-rezidenti Akşin Əliyev “COVID-19 xəstələrində tosulizumab müalicəsinin kliniki və laborator xüsusiyyətləri, reanimasiyada yatış müddətinə təsiri”, Uşaq Cərrahiyyəsi şöbəsinin həkim-rezidenti Alşan Salamzadə “Uşaqlarda verikoureteral reflyuks xəstəliyində sidik kisəsi problemlərinin və xroniki qəbzliyin proqnoza təsiri”, Ümumi Cərrahiyyə şöbəsinin həkim-rezidenti Elşən Süleymanzadə “Adenomator olmayan poliplərə kök hüceyrə markerlərinin əhəmiyyəti” mövzusunda məruzə ediblər.

 

Həmçinin 5 may tarixində Radiologiya şöbəsinin həkim-rezidenti Pəri Məhərrəmova “COVID-19 diaqnozu qoyulmuş xəstələrdə hepatosteatozun ağciyər tutumu və xəstəliyin ağırlıq dərəcəsi üzərindəki təsiri:retrospektiv araşdırma” mövzusunda və həmin şöbənin həkim rezidenti Fərhad Həsənli “COVID-19 risk qrupunda olan peyvəndli xəstələrdə ağciyər tutulumunun və xəstəliyin ağırlıq dərəcəsinin peyvənd olunmamış xəstələr ilə müqayisəsi: Retrospektiv araşdırma” mövzusunda təqdimatla çıxış ediblər.

 

Tədbirin  ikinci günündə Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin həkim-rezidenti Güllüxanım Həsənli “Hamiləlikdə COVID-19-un proqnostik xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış ediblər. Həmçinin tədbirdə səhiyyənin müxtəlif mövzularını əhatə edən çıxışlardan sonra müzakirələr aparılıb.

 

Konfransda iştirak edən bütün rezidentlərə sertifikatlar təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib