Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda ATU tələbələrinin praktik təlimlərinin keçirilməsinə başlanılıb
06.05.2022 11:33
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Azərbaycan Tibb Universitetinin (ATU) fizioterapiya və reabilitasiya ixtisası üzrə təhsil alan tələbələrinin ixtisas dərslərinin və praktik təlimlərinin keçirilməsinə başlanılıb.
 
Bu barədə Aztibb.az-a institutdan məlumat verilib.
 
Bildirilib ki, təlimlər iki müəssisə arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilir.
 
Tələbələrlə görüşdə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Pərvin Əkbərov fizioterapiya və reabilitasiya sahəsinin ölkəmizdə getdikcə inkişaf etdiyini bildirib. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılmasını əsas tutaraq birgə fəaliyyətindən danışıb.
 
Direktor ATU-nun tələbələrinin gələcəkdə ölkəmiz üçün peşəkar kadr kimi yetişərək Azərbaycanın bütün bölgələrində Reabilitasiya və Fizioterapiya mərkəzlərində aparıcı mütəxəssis kimi fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib.
 
Pərvin Əkbərov fizioterapiya və reabilitasiyanın vacibliyindən bəhs edib, bu peşənin şərəfli bir sahə olduğunu deyib. O, təcrübə müddətində tələbələrə uğurlar arzulayıb.
 
 
Daha sonra tələbələr institutun fizioterapiya və reabilitasiyaya aid olan şəraiti ilə yaxından tanış olublar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib