Mərkəzi Gömrük Hospitalının Tibbi Yardımın Keyfiyyətinə Nəzarət şöbəsinə yeni rəhbər təyin olunub
06.05.2022 10:50

Şəlalə Həsənova 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirdikdən sonra 2006-2007-ci illərdə Bakı şəhəri 5 saylı Birləşmiş Yoluxucu Uşaq Xəstəxanasında internatura təhsili alıb. O, 2014 və 2022-ci illərdə Həkimlərin Sertifikasiya İmtahanından uğurla keçib. Şəlalə Həsənova 2021-ci ildən Amerika Ürək Assosiasiyasının Pediatrik Qabaqcıl Həyata Dəstək (PALS) təlimi üzrə rəsmi instruktordur.

 

Aztibb.az Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Hospitalın Tibbi Yardımın Keyfiyyətinə Nəzarət Şöbəsinin rəisi, həkim-pediatr Şəlalə Həsənova haqqında məlumatları təqdim edir:

2007-ci ildən peşəkar həkim kimi fəaliyyətə başladıqdan sonra Şəlalə həkim müxtəlif özəl klinikalarda pediatr kimi çalışıb. O, 2020-2022-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist kimi fəaliyyət göstərib. Dr.Şəlalə Həsənova daim öz üzərində işləyir, tibbin son nailiyyətlərini öyrənir, bilik və bacarıqlarını zənginləşdirir.


Belə ki, Şəlalə həkim 2014-cü ildə Türkiyə Cümhuriyyəti İstanbul Marmara Elmi-Tədqiqat Universitetində “Uşaqlarda allergik-immunoloji” kursunda, 2022-ci ildə Türkiyə Neonotoloji Dərnəyinin təşkilatçılığı ilə keçirilən “Yenidoğulmuşların reanimasiyada qidalanma” kursunda, 2014, 2016, 2017, 2020 və 2022-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda pediatriya ixtisası üzrə kurslarda iştirak edib.

Həmçinin, 2019-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Neonatal və Pediatrik Mexaniki Ventilyasiya, Reanimasiya və Təcili Peadtrik Yardım, Təkmil Pediatrik Həyata Dəstək kurslarını keçib. O, 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Səhiyyə Menecmenti üzrə kursun hər 2 modulunu bitirib.Dr.Şəlalə Həsənova 2022-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən XXIX Beynəlxalq Neonotoloji Konqres daxil olmaqla, bir çox beynəlxalq konfranslarda, konqreslərdə iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub