"Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda beynəlxalq elmi konqres keçirilib
05.05.2022 18:35

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də “EGİS Pharmaceuticals PLC”, “Eva Farm” və “Gedeon Richter” şirkətlərinin əməkdaşlığı ilə 5 may - Beynəlxalq Mama Gününə həsr edilmiş "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda beynəlxalq elmi konqres keçirilib.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək konqres iştirakçılarını salamlayıb. O, ana-uşaq sağlamlığının qorunması istiqamətində ölkəmizdə təqdirəlayiq addımların atıldığını qeyd edib və bu məsələnin həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıb.

 

C.Məmmədov deyib: “Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyev və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyeva bu mühüm sahəni daim öz şəxsi nəzarətlərində saxlayırlar. Son illərdə Respublikada həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda bu sahədə tibbi xidmətlərin keyfiyyəti xeyli yüksəldilmiş, diridoğulmanın beynəlxalq meyarları müvəffəqiyyətlə tətbiq edilmiş, mamalıq-ginekologiya üzrə kadr potensiyalı əhəmiyyətli dərəcədə gücləndirilmişdir.”

 

Ana-uşaq sağlamlığının qorunmasında və doğuşaqədər xidmətlərin təşkilində mamaların xüsusi rola malik olduğunu qeyd edən C.Məmmədov mamalar və həkim-mama-ginekoloqların əlaqələşdirilmiş işinin bu sahədə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, çıxışının sonunda bütün iştirakçılara uğurlar arzu edərək konqresin işini açıq elan edib.

 

Bir çox dövlət qurumlarının və beynəlxalq təşkilatların rəsmi nümayəndələrinin, eləcə də Bakı şəhərinin və regionların dövlət və özəl tibb müəssisələrində çalışan həkim və mamaların iştirak etdiyi konqresin açılış hissəsində, eyni zamanda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Səhiyyə nazirinin müavini İlqar Qasımov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, əməkdar həkim, Rəşad Mahmudov, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin direktoru, professor Cəmilə Qurbanova və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun mama-ginekoloqu, professor Ahmet Cem İyibozkurt da çıxış edib.

 

Rəsmi açılış hissəsindən sonra Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin direktoru, professor Cəmilə Qurbanova, Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının müdiri, professor, əməkdar həkim Elmira Əliyeva və Azərbaycan Tibb Universitetinin II Mamalıq-ginekologiya kafedrasının müdiri, professor, əməkdar elm xadimi Hicran Bağırovanın moderatorluğu ilə “Antenatal xidmət və hamiləlikdə ürək xəstəlikləri” paneli öz işinə başlayıb.

 

Paneldə Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqları Fidan İsrafilbəyli və Caroline Fox “Böyük Britaniyanın universitet klinikasında ekstragenital patologiyası olan hamilə qadınlara antenatal xidmətin təşkili” və “Ürək patologiyası olan qadınlarda hamiləliyin təqibi xüsusiyyətləri, Böyük Britaniya təcrübəsi” mövzularında təqdimatlarla çıxış ediblər.

 

Hibrid formatda təşkil olunmuş konqresdə Avropa Kosmetik və Rekonstruktiv Ginekologiya Cəmiyyətinin prezidenti, professor Ferid Saracoğlu, İstanbul Aydın Universitetinin professoru, İstanbul Aydın Universiteti Xəstəxanasının Süni Mayalanma Mərkəzinin rəhbəri Banu Aygün Kumbak, Türkiyə Ginekolojik Endoskopiya Cəmiyyətinin prezidenti, professor Fatih Şendağ və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun mama-ginekoloqu, professor Ahmet Cem İyibozkurt yerli mütəxəssislərlə birgə panel rəhbəri qismində iştirak ediblər.

 

Ümumilikdə konqresdə “Antenatal xidmət və hamiləlikdə ürək xəstəlikləri”, “Hamiləlik və daxili xəstəliklər”, “Hamiləlikdə endokrin, qan xəstəlikləri və psixi status”, “Hamiləlikdə infeksiyalar və cərrahi patologiyalar” başlıqlı 4 paneldə Azərbaycan, Türkiyə və Böyük Britaniyanın yüksəkixtisaslı mütəxəssisləri tərəfindən hazırlanmış 16 məruzə dinlənilib.

 

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssislərinin də məruzəçi qismində iştirak etdiyi Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 8 DTT balı qazanıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib