Kliniki Tibbi Mərkəzdə Əl Gigiyenası Gününə həsr edilən tədbir keçirilib
05.05.2022 17:13

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzdə (KTM) Əl Gigiyenası Gününə həsr edilən maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə ÜST-nin nümayəndəsi, Doç. Dr. Can Hüseyin Hekimoğlu, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, qurumun İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçi qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və Mərkəzin tibbi heyəti iştirak ediblər.

 

TƏBİB-in Strateji İnkişaf Departamentinin rəhbəri Yaqut Qarayeva 5 may - Dünya Əl Gigiyenası Gününün yaranma tarixi və bu günün əsas mahiyyəti haqqında məlumat verib. O, çirkli əllərdə olan virus və bakteriyaların  respirator xəstəlikləri, virus hepatitləri, bağırsaq infeksiyaları, COVID-19 və  kimi bir çox xəstəliklərin yayılmasını sürətləndirdiyini bildirib. Y.Qarayeva bu səbəbdən də indiki dövrdə tibb işçilərini olduqca diqqətli olmağa çağırıb.

 

Daha sonra çıxış edən Tibbi Mərkəzin direktoru Könül Ələkbərov COVID-19 pandemiyası dönəmində və ondan sonrakı mərhələdə dezinfeksiya məsələlərinə diqqət ayırmağın hələ də həyati əhəmiyyətli olduğunu vurğulayıb. Direktor  bildirib ki, Mərkəzin bütün tibbi bölmələrində tibb işçilərinin dezinfeksiya və sanitariya-gigiyena qaydalarına əməl edilməsi istiqamətində ciddi işlər görülüb və bununla paralel Mərkəzdə “Mikrobioloji laboratoriya”nın hazırlanmasına başlanılıb. O, bütün hallarda tibb sahəsində təmizlik mövzusunun ən həssas məsələlərdən biri olduğunu qeyd edib.

 

TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva isə ölkəmizdə infeksion nəzarət sisteminin təşkilindən bəhs edib. O, bu sahədə atılan addımlar və növbəti mərhələlərdə görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Əl gigiyenasının infeksion xəstəliklərlə mübarizədə nə qədər vacib olduğunu nəzərə çatdırıb.

 

Tədbirdə ÜST-nın Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Doç. Dr. Can Hüseyin Hekimoğlu təqdimatla çıxış edərək tibb personalının əllərin gigiyenası ilə bağlı vətəndaşları necə məlumatlandıracağı və bu prosesdə hansı təbliğat üsullarından istifadə edəcəkləri ilə bağlı nümunələr nümayiş etdirib. Türkiyəli qonaq, həmçinin təqdimatda Türkiyə və dünya ölkələrinin xəstəxanalarında bu prosesin təşkilindən də nümunələr göstərib.

 

Sonda ÜST-nın 5 may “Əl gigiyenası günü” üçün hazırladığı videoçarx nümayiş etdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib