ATU-da rezidentlərin elmi-praktik konfransı öz işinə başladı/FOTOLAR
05.05.2022 16:35
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş rezidentlərin elmi-praktik konfransı keçirilib. Bu dəfəki toplantı ölkəmizdə rezidenturanın yaradılmasının 10 illiyinə həsr olunub.
Aztibb.az xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, hər bir ölkədə əhalinin rifahının əsas göstəricilərindən biri səhiyyənin inkişaf səviyyəsi ilə bağlıdır:
“Səhiyyənin inkişafının başlıca şərtlərindən biri isə tibb təhsilinin keyfiyyətidir. Bunu nəzərə alaraq, ümummilli lider Heydər Əliyev tibb təhsilinə böyük diqqət yetirirdi. Azərbaycan Tibb Universitetinin yeni tədris binalarının tikilməsi, universitet klinikalarının istifadəyə verilməsi bu diqqət və qayğıya bariz nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüksək dərəcəli tibb kadrlarının hazırlığı üzrə bu kursu layiqincə davam etdirdi. Bu siyasət tibb təhsili üçün şəraitin və imkanların yaradılması ilə yanaşı, bu sahədə köklü islahatların aparılması ilə özünü göstərdi. Bu islahatlardan biri də on il əvvəl tibb təhsilində rezidentura pilləsinin təsis edilməsi oldu”.
Rektor professor G.Gəraybəyli qeyd edib ki, rezidentura təhsil pilləsinin yaradılması tələbələrinin müstəqil praktikaya daha yetkin tibb mütəxəssislər olaraq başlaması, seçdikləri ixtisası daha dərindən, elmi tədqiqat səviyyəsində öyrənməsinə şərait yaradır. Bu addım həm də ölkəmizin dünya tibb təhsili sisteminə uyğunlaşması, müasir səhiyyə modelinə uyğun formalaşması deməkdir.
Rektor son iki illik müddətin həm ölkə səhiyyəsi üçün, həm də Azərbaycan Tibb Universiteti üçün çətin sınaqlar dövrü olub.
Dünyanı bürüyən yeni növ koronovirusla mübarizədə Azərbaycanın tibb işçiləri - həkimlər, tibb bacıları, laboratoriya işçiləri və digərləri əsl fədakarlıq nümayiş etdirdilər:
“Qürurluyuq ki, bu qəhrəmanlar ordusunun böyük bir qismini ATU-nun məzunları, professor-müəllim heyəti, rezidentləri təşkil edirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli ordumuzun şanlı zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi ATU üçün daha bir sınaq oldu. 44-günlük Vətən müharibəsi dövründə və ondan sonra əməkdaşlarımızın əzmkarməməyi yüzlərlə qəhrəman döyüşçümüzü həyata qaytardı, bu gün normal yaşamasını təmin etdi. Bu işdə də rezidentlərimiz fədakarlıqla çalışdılar”.
Rektor professor G.Gəraybəyli çıxışının sonunda Azərbaycan Tibb Universitetinin qarşısında duran böyük və məsuliyyətli vəzifənin - ölkə səhiyyəsi üçün sadəcə ali təhsilli kadrlar deyil, dünya səviyyəli, təbabət elminin yeniliklərindən xəbərdar olan, yüksək ixtisaslı tibb mütəxəssisləri hazırlamaq işi uğrunda şərəflə çalışdığını vurğulayıb.
İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev “ATUREK 10” konfransının ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunduğunu, ulu öndərin bütün ali fəaliyyəti boyu səhiyyəyə xüsusi diqqət yetirdiyini, onun təşəbbüsü ilə bir çox tibb müəssisələri istifadəyə veriliyini vueğulayıb. Natiq qeyd edib ki, məhz həmin dövrdə milli həkim kadrlarının Avropa, Amerika, Rusiya və s. Ölkələrin nüfuzlu tibb müəssisələrində təhsil almalarına şərait yaradılıb. Həmin siyasəti davam etdirən cənab prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Tibb Universitetinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri İnstitutunun, milli onkologiya Mərkəzi, Akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin, Yeni Klinika, Mərkəzi Klinika və s. həmçinin bütün dövlət xəstəxanalarının maddi-texniki bazaları genişlənib. Həmçinin, respublikada tibbi təhsilin daha təkmilləşməsi, nüfuzlu dünya ölkələri ilə əməkdaşlıqların genişlənməsi məqsədi ilə İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin Bakı filialı yaradılıb.
Ə.Əliyev qeyd edib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə yaradılan filialda ilk dəfə olaraq böyük simulyasiya mərkəzi fəaliyyətə başlayıb. 2021-22-ci tədris illərində İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin Bakı filialı rezidenturaya 13 ixtisas üzrə 20 yerə qəbul olub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Təranə Əhmədova çıxışında koronovirusla mübarizə dövründə və 44 günlük Vətən müharibəsində tibb işçilərinin nümayiş etdirdiyi cəsarət və fədakarlıq barədə danışıb. Həmin dövrdə hər kəsə nümunə olan səhiyyə işçiləri arasında rezidentlərin də olduğunu xatırladıb.
ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova rezidentlərin fərdi inkişafı baxımından ATUREK konfransının mühüm rol oynadığını bildirib. M.Sultanova ATUREK-10 konfransının proqramı haqqında məlumat verərək tədbirdə səhiyyənin müxtəlif mövzularını əhatə edən çıxış və müzakirələrin aparılacağını bildirib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

