Çia Kokos qarışımlı arıqlama çayı
05.05.2022 18:17
Çia – arıqlamaq üçün geniş istifadə olunan və dünyada məşhur bitkilərdəndir. Çia toxumları ac qarına mədəyə daxil olduqdan bir neçə dəqiqə sonra əvvəlki həcmindən bir neçə dəfə böyüyərək mədədə şişir və mədə həcmini tutur. Bununla da, iştah hissi zəiflənir.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov bildirib.
 
Onun sözlərinə görə, Çia toxumunda zəyərəkdən və bəzi balıqlardan daha çox omeqa 3 vardır. Hər 60 qramında 10 qrama yaxın Omeqa 3 vardır, tərkibindəki triptofan adlı maddə toxluq hissi verən aminturşusudur. Çia toxumu faydalı xolesterini (HDL) artırır ziyanlı xolesterini (LDL) və triqliseridləri aşağı salır. Çia toxumları yüngül işlədicidir və bununlada bağırsaqları şlaklardan və artıq tullantılardan təmizləyir. Çia toxumları çiy formada istifadə olunduqda həm arıqladıcı təsiri güclü olur həmdə faydalılığı daha çox olur.
 
Fizuli Hüseynov qeyd edb ki, Kokos – Qurudulmuş sonra üyüdülmüş kokos hissəcikləri öz kütləsinin 60 faizə qədəri sellülozadan ibarət mükəmməl bir bağırsaq tənzimləyicisidir. Son elmi araşdırmalarda kokos istifadəsi zamanı qarın piylərinin əridilməsi sübut edilmişdir. Tərkibindəki doymuş və doymamış yağlar insanda toxluq hissi yaradır, tərkibindəki zəngin minerallar isə enerji balansını tənzimləyir.
 
Çia və kokos tozunun birlikdə istifadəsi sağlam şəkildə arıqlamaq istəyənlər üçün əla bir vasitədir. Qarışım vərdiş əmələ gətirmir, uzunmüddətli istifadə zamanı heç bir əlavə təsiri yoxdur, zəngin antioksidant mənbəyi olaraq xərçəngdən qorunmaq üçün əla bir vasitədir. Bu qarışım bağırsaqları işləməyə məcbur edərək piylərin əridilməsinə köpün aradan qalxmasına səbəb olur.
 
İstifadəsi: Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1-2 çay qaşığı çia kokos qarışımı ağıza atılır üstdən 1-2 stəkan su içilir və ya 1 kəsa qatığla, salatlara və ya duru yeməklərə qarışdırıb yeyə bilərsiniz. Bu qarışımdan istifadə etdikdən sonra 1-2 stəkan su içilməsi bu qarışımın mədədə daha çox şişməsinə səbəb olur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib