“Ana və uşaq sağlamlığının qorunması hər bir həkimin məsuliyyyətində olan məsələdir” - Əməkdar həkim Rəşad Mahmudov
05.05.2022 11:20

“Ana və uşaq sağlamlığının qorunması bütün dünyada olduğu kimi, ölkəmiz üçün də dövlətin ən vacib prioritet hədəflərindən biridir. Bu istiqamətdə daha çox inkişaf etmək hər bir həkimin məsuliyyyətində olan məsələdir”.

 

Aztibb.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Əməkdar həkim, t.e.d. Rəşad Mahmudov  “Hamiləlikdə genital və ekstragenital xəstəliklər” mövzusunda keçirilən beynəlxalq elmi konqresin açılış mərasimində çıxış edərkən belə deyib.

 

“Bugünkü tədbiri son aylarda keçirdiyimiz elmi konfransların məntiqi davamı hesab etmək olar”, - söyləyən R.Mahmudov konfransın elmi tərəfləri ilə bağlı fikirlərini bölüşüb. Həkim bildirib ki, tədbirin təşkilində əsas məqsəd dünyada hamiləlik və doğuş sahəsində olan yeniliklərlə bağlı hər kəsi maraqlandıran mövzularda fikir mübadiləsi aparmaq, eləcə də ekspertlərlə hamiləlik zamanı yanaşı xəstəliklərə dair birgə müzakirələr keçirmək, müvafiq sahənin inkişafına töhfələr verməkdir.

 

“Bu gün Azərbaycan əvvəlki illərdən fərqli olaraq Qarabağ problemini həll etmiş, Ali Baş Komandanın rəhbərliyi ilə bütün dünyaya öz gücünü nümayiş etdirmiş güclü bir dövlətdir”, - deyə bildirən R.Mahmudov siyasi arenada olduğu kimi, tibb sahəsində də Azərbaycanın uğurla addımladığını, ölkə rəhbərinin bu sahəyə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığını vurğulayıb.

 

O, 5 may Beynəlxalq Mama Günü münasibətilə bütün tədbir iştirakçılarını, həmkarlarını, xüsusilə hər kəsin həyatında əvəzolunmaz rolu olan, gözünü açdığı zaman ilk gördüyü insanlar -, mama-ginekoloqları təbrik edərək konfransın işinə uğurlar arzulayıb.  Ginekologiya sahəsində çalışan həkimlərin bundan sonra da uğurlu nəticələrə imza atacaqlarına, yüksək statistik göstəricilərə nail olacaqlarını inamını ifadə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib