Qadınların nigaha daxil olmazdan əvvəl müvafiq müayinələrdən keçməsi tövsiyə olunur – Nazir müavini
05.05.2022 10:01

Səhiyyənin inkişafı başlıca olaraq ana və uşaqların sağlamlığı ilə qiymətləndirilir. Sağlam qadın və sağlam hamiləlik, eyni zamanda yenidoğulmuşun sağlam olmağı deməkdir.

 

Aztibb.az xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini İlqar Qasımov "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda beynəlxalq elmi konqresin açılış mərasimində çıxışı zamanı məlumat verib.

 

Nazir müavininin sözlərinə görə, bu məqsədlə ailə həkimləri tərəfindən yetişkənlik dövründə qız uşaqlarının sağlamlığına diqqət yetirilməli, ehtiyac yarandıqda zəruri müayinə və müalicə ilə təmin olunmalıdırlar.

 

“Sağlam hamiləlik təminatı üçün qadınların nigaha daxil olmazdan əvvəl müvafiq müayinələrdən keçməsi tövsiyə olunur”, - deyə bildirən İ.Qasımov əlavə edib ki, sağlam gələcəyimizi təmin etmək üçün qadınlarda ürək-damar sistemi xəsətəlikləri, şəkərli diabet, autoimmun vəziyyət, hemotoloji xəstəliklər, ortopedik patologiyaların mövcudluğu hamiləlikdən əvvəl müəyyən edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub