İcbari tibbi sığorta sisteminin inkişafına əlavə resurslar cəlb edilir - Agentlik sədri
04.05.2022 17:25

Azərbaycanda artıq bir neçə müddətdir ki, icbari tibbi sığorta sistemi tətbiq edilir və nəticələrdə müsbət dinamika var.

 

Aztibb.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən “Birləşmiş Krallıq səhiyyədə sizin həmkarınızdır” adlı tədbirdə deyib.

 

Z.Əliyev bildirib ki, vətəndaşlar bu sistemdən istifadə edirlər. “Bu sistemin inkişafına əlavə resurslar cəlb edirik”, - deyə Z.Əliyev bildirib.

 

O qeyd edib ki, icbari tibbi sığorta üzrə Böyük Britaniyanın uğurlu bir sistemi var.

 

“Azərbaycanda icbari tibbi sığorta sistemi qurulanda bir çox ölkənin təcrübəsindən istifadə edilib. Bu ölkələr sırasında Böyük Britaniya da olub. Çünki həmin ölkənin səhiyyə sisteminin böyük tarixi var. Lakin Azərbaycanın reallıqları nəzərə alınaraq fərqli model seçildi. Nə qədər fərqli olsa da, tək bir amal var və bu da vətəndaşların tibbi xidmətə əlçatanlığını təmin etmək, eləcə də universal tibbi təminata nail olmaqdır”, - deyə Z.Əliyev bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub