Ürək əməliyyatı olunan pasiyent:  İcbari tibbi sığorta hesabına Mərkəzi Klinikada ürək damarlarıma ödənişsiz stent qoyuldu
04.05.2022 16:06
Sumqayıt Tibb Mərkəzinin verdiyi göndərişlər əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisəsində icbari tibbi sığorta hesabına əməliyyat olunanlardan biri də 69 yaşlı Sumqayıt sakini Nadir Əliyevdir.
 
Aztibb.az xəbər verir ki, N.Əliyev bu barədə təəssüratlarını bölüşüb:
 
"Uzun illərdir bərbər olaraq çalışıram. Ötən ilin noyabr ayında ürəyimdə narahatlıqlar hiss etdim. 1 saylı şəhər xəstəxanasının poliklinika şöbəsinin kardioloqu Arif həkimə müraciət etdim. Çox sağ olsun, məni müayinə etdi və anju edilməsini və ürək damarlarıma stent qoyulmasını tövsiyə etdi. Düşünürdüm ki, bu əməliyyatları öz büdcəm hesabına edə bilmərəm. Sumqayıt Tibb Mərkəzinə müraciət etdim və oradan aldığım göndərişlə icbari tibbi sığorta hesabına Mərkəzi Klinikada ürək damarlarıma ödənişsiz stent qoyuldu. Hazırda özümü gümrah hiss edirəm. Öz peşə fəaliyyətimi davam etdirirəm.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Sumqayıt Tibb Mərkəzinə minnətdarlığımı bildirirəm".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub