İnstitutda aparılmış elmi tədqiqatlara dair hesabatlar dinlənilib
01.05.2022 08:43

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda aparılmış elmi işlərə dair konfrans keçirilib.

 

Tədbirdə institutun direktoru Pərvin Əkbərov müəssisənin əldə etdiyi elmi nailiyyətlərdən, müasir elmi istiqamətlər üzrə aparılan tədqiqatlardan və institutun strateji hədəflərindən danışıb. O, ölkəmizin işğaldan azad olunmuş ərazilərində mineral suların və balneoloji sərvətlərin öyrənilməsinin, Vətən müharibəsi qazilərinin müalicəsi üçün yeni reabilitasiya proqramlarının işlənilməsinin institutun qarşısında duran əsas vəzifələrdən olduğunu vurğulayıb.

 

Sonra institutda görülmüş elmi işlər haqqında hesabatlar dinlənilib.

 

İlk olaraq müəssisənin elmi işlər üzrə direktor müavini Sədaqət Hüseynova “Elektrostimulyasiya və pirimidin nucleotidlərinin Karpal tunel sindromlu xəstələrin müalicə və reabilitasiyasında tətbiqi" mövzusunda məruzə ilə çıxış edib.

 

Daha sonra Elşanə Mustafayeva "Üz sinirinin neyropatiyası olan xəstələrin reabilitasiyasında akupunktur elektrostimulyasiyanın və neyromidinlə mezoterapiyanın tətbiqi", Malik Bəylərov "Arterial hipertenziyada impulslu maqnit sahəsinin optimal müalicə metodikasının işlənib hazırlanması və vibroakustik terapiya ilə birgə tətbiqi" adlı məruzələrini təqdim ediblər. 

 

Konfransda, həmçinin Gülnara Həsənovanın "Revmatoid artritin kompleks müalicəsində krioterapiyanın naftalanla müştərək şəkildə tətbiqinin əhəmiyyəti" və A.Muradovun "Naftalan kurortu şəraitində psoriatik artritli xəstələrin tibbi reabilitasiyasında naftalan nefti və onun preparatlarının təsirinin öyrənilməsi” mövzusunda məruzələri dinlənilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib