John Harold Peel - Ginekologiya sahəsində yaddaqalan ilklərə imza atmış həkim
01.05.2022 08:20

John Harold Peel 1961-1973-cü illərdə II Elizabetin cərrah-ginekoloqu olan və bir sıra kral doğumlarında iştirak edən ingilis cərrah mama-ginekoloq idi. O,101 illik həyatında ginekologiya sahəsində yaddaqalan ilklərə imza atmışdır.

 

Londonda ginekologiya üzrə təhsil aldıqdan sonra Peel 1930-cu ildə həkim ixtisasına yiyələnmiş və 1932-ci ildə Kral Həkimlər Kollecinə imtahan vermişdir. Buraya mamalıq və ginekologiya sahəsi üzrə məsləhətçi-cərrah təyin olunan J.Peel 1937-ci ildən 1965-ci ilə qədər Şəhzadə Beatris Xəstəxanasında məsləhətçi işləmişdir.

 

O, 1948-1967-ci illərdə Kral Həkimlər Xəstəxanasının Tibb Məktəbində klinik tədqiqatların direktoru vəzifəsində çalışmışdır. 1944-cü ildə Kral Mama və Ginekoloqlar Kollecinin üzvü, 1955-ci ildə öz şurasının üzvü, daha sonra isə fəxri xəzinədarı olmuşdur. 1966-1969-cu illərdə isə Kral Mama və Ginekoloqlar Kollecinin prezidenti olmuşdur.

 

Şəhzadə Charles və Annenin doğumlarında həmin dövrlərdə kral ailəsinin cərrah-ginekoloqu olan Sir William Gilliattla birlikdə Peel də iştirak etmişdir. Onun ölümündən sonra Peel 1961-1973-cü illərdə Şəhzadə II Elizabetin cərrah-ginekoloqu təyin olundu.

 

Kral Mama və Ginekoloqlar Kollecinin prezidenti olduğu müddətdə J.Peel 1967-ci ildə Britaniya hökumətinə Abort Aktı ilə bağlı məsləhətlər verən komitəyə rəhbərlik etdiyi zaman Komitə qanun layihəsinin lehinə hesabat vermişdir.

 

O, 1943-cü ildə nəşr olunan Ginekologiya Dərsliyinin müəllifi olmuşdur.

 

Təhsil, Səhiyyə və Sosial Təminat Departamentini 16 yaşından kiçik qızları cinsi əlaqəyə sövq etməkdə günahlandıran J.Peel bunun qarşısını almaq üçün hər zaman maarifləndirici işlər görmüşdür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib