“Oftalmologiyanın aktual məsələləri” adlı elmi konfrans keçirilib
29.04.2022 15:10
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyevanın adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 28 aprel 2022-ci il tarixdə Akademik Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş “Oftalmologiyanın aktual məsələləri” adlı elmi konfrans keçirilib.
 
Aztibb.az xəbər verir ki, konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov açıb. O, görkəmli oftalmoloq alim, ictimai xadim, Akademik Zərifə Əliyevanın elmi yaradıcılığından, onun oftalmologiya sahəsinə verdiyi töhfələrdən, oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən söz açıb.
 
Daha sonra Akad. Zərifə Əliyeva adına MOM-un elmi işlər üzrə direktor müavini, t.e.d. Hicran Namazova Zərifə xanım Əliyevanın elmi yaradıcılığından bəhs edib.
 
Konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yeniliklərin, oftalmologiyanın aktual məsələlərini müzakirə etmək idi.
 
Konfransda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan, Azərbaycan Tibb Universitetinin Göz Xəstəlikləri Kafedrasından, digər özəl və dövlət təşkilatlarından, regionlardan professorlar və gənc oftalmoloqlar iştirak edib.
 
Konfransda həmçinin Türkiyədən - TCOD Onursal Başkanı Dr. Sunay Duman, Prof.Dr. Süleyman Kaynak və digər mütəxəssislər çıxış ediblər.
 
Zərifə xanım Əliyevanın zəngin elmi irsi Azərbaycan oftalmologiyasına mühüm töhfələr verib. Onun bu irsinə sadiq qalaraq Azərbaycan oftalmologiyası inkişaf edib və bu yolda irəliləməyə davam edir.
 
Konfransda müasir oftalmologiyanın aktual olan problemlərinə həsr olunan məruzələr dinlənilib. Konfransda t.ü.f.d. Həsənova Nigar, t.ü.f.d. Məcidova Səbinə, t.ü.f.d. Axundova Lalə, Dr. Əkbərova Aysel, Dr. Əliyeva Gülnar, Dr. Həsənova Rəvanə, t.ü.f.d. Məhərəmov Polad, t.ü.f.d. Əfəndiyeva Mətanət, Dr. Carullazadə İmran, Dr. Pirmətov Məhərrəm, t.ü.f.d. Əliyev Xalid, Dr. Nuriyeva Nuranə, Dr. Sayılova Günel, Dr. Feyziyeva Könül, Dr. Ağayeva Aynur, Dr. Ramazanova Xuraman çıxış ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub