Qırğız Respublikasının ölkəmizdəki səfiri ilə qida təhlükəsizliyi sahəsində müzakirələr aparılıb  
29.04.2022 14:09
Qoşqar Təhməzli Qırğız Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev ilə görüşüb.
 
Q. Təhməzli səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib, ona uğurlar arzulayıb. Agentlik sədri ölkəmizin Qırğız Respublikası ilə əlaqələrin inkişafına hər zaman xüsusi əhəmiyyət verdiyini və əməkdaşlığı genişləndirmək istiqamətində addımlar atıldığını diqqətə çatdırıb.
 
Görüşdə qonağa ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verilib. Qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində nəzarətin təşkili, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının qarşılıqlı tanınması, qida təhlükəsizliyi riskləri, heyvan və bitki xəstəlikləri zamanı baş verə biləcək risklərin elmi tədqiqatlarının aparılması, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq, iki ölkə arasında məlumat mübadiləsinin həyata keçirilməsi, bir tərəfin ərazisindən digər tərəfin ərazisinə idxal, ixrac və tranzit zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alınması üçün lazımi tədbirlərin həyata keçirilməsi, qida təhlükəsizliyi və heyvan xəstəliklərinin diaqnostikası üzrə təcrübə mübadiləsinin aparılması istiqamətində Qırğız Respublikasının aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
 
Səfir Kayrat Osmonaliyev Azərbaycanda diplomatik fəaliyyəti dövründə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin geniş müstəvidə təşkili istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti, həmçinin hər üç istiqamətdə idxal-ixrac əməliyyatları və əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib