Mərkəzi Gömrük Hospitalının cərrahı beynəlxalq elmi konqresdə çıxış edəcək
29.04.2022 10:56
Mərkəzi Gömrük Hospitalının damar cərrahı, t.f.d. Səbuhi Dadaşov 5 may 2022-ci il tarixində həyata keçiriləcək "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda beynəlxalq elmi konqresin “Hamiləlik və Daxili xəstəliklər” panelində “Hamilələrdə venoz patologiya və tromboembolik ağırlaşmalar” mövzusunda mövzusunda təqdimatla çıxış edəcək.
 
Qeyd edək ki, "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda beynəlxalq elmi konqresin elmi hissəsi Mərkəzi Gömrük Hospitalının "Facebook" səhifəsi üzərindən canlı yayımlanmayacaq.
Mama-ginekoloq, kardioloq, endokrinoloq, damar-cərrahı, ümumi cərrah, infeksionist, hematoloq, psixiatr, onkoloq, nefroloq, anestezioloq-reanimatoloq, pediatr və neonatoloq ixtisasında olan həkimlərin konqresdə iştirak etməsi nəzərdə tutulub.
 
Aztibb.az xəbər verir ki, konqres əyani olaraq Baku Marriott Boulevard otelində, distant olaraq isə "Zoom" platformasında həyata keçiriləcək. Konqresdə iştirak ödənişlidir.
 
Əyani iştirak edəcək həkimlər üçün Konqresdə iştirak haqqı 100 AZN, əyani iştirak edəcək rezidentlər üçün 50 AZN təşkil edir. Distant iştirak haqqı isə 20 AZN-dir.
 
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir.
 
Qeydiyyatdan keçmək üçün link:
 
 
Proqramla Mərkəzi Gömrük Hospitalının internet səhifəsində tanış olmaq və ödəniş etmək üçün link:
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib