Uşaqlıq dövründə sağlamlıq, təhsil, sosial inkişaf üzrə baza kursları təşkil edilib
29.04.2022 10:35
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya Mərkəzlərində həkim, psixoloq, müəllim-loqoped, əmək terapiyası üzrə təlimatçılar üçün “Uşaqlıq dövründə sağlamlıq, təhsil, sosial inkişaf üzrə baza kursları” (CHED-“Childhood Health, Education and Development” kursları) təşkil edilib.
 
Aztibb.az xəbər verir ki, UAFA (Azərbaycana Birgə Yardım Təşkilatı) və Vaşinqton Corctaun Universitetinin dəstəyi ilə təşkil edilən kursların məqsədi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarına uyğun inkişaf planının hazırlanması, onların funksional bacarıqlarının qiymətləndirilməsi üçün təlimatçıların müvafiq bilik və bacarıq səviyyəsinin artırılmasıdır. Mütəxəssislərə reabilitasiya xidmətlərinə cəlb olunan şəxslərin inkişaf səviyyəsini müəyyənləşdirmək və müvafiq iş planı hazırlamaq, erqoterapiya və sensor inteqrasiya barədə baza məlumatlar, ABA terapiyası (davranış təhlili) kimi biliklər də öyrədilib.
 
Amerika, Avstraliya, Xorvatiya, Türkiyə və İsraildən olan mütəxəssislərin iştirakı ilə təşkil edilən kurslar 6 ay davam edib. Kursun sonunda qiymətləndirmə aparılıb və qiymətləndirməni uğurla keçən iştirakçılar Vaşinqton Corctaun Universitetinin sertifikatları ilə təltif olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub