ATU-nun Tədris Terapevtik Klinikasında "Qırmızı qurdeşənəyi" mövzusunda seminar keçirilib
28.04.2022 16:48
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, professor Sahib Musayev və həkim-rezidentlərinin iştirakı ilə “Qırmızı qurdeşənəyi” mövzusunda seminar keçirilib.
Aztibb.az-a Terapevtik Klinikadan verilən məlumata görə, tədbirdə çıxış edən klinikanın Revmatologiya və qastroenterologiya şöbəsinin həkim-rezidenti Sevin Həsənzadə xəstəlik və autoimmun seroloji testlər haqqında ətraflı məlumat verib.
O, qırmızı qurdeşənəyinə (SLE) daha çox gənc qadınlarda rast gəlindi yini deyən məruzəçi, bunun əsasən dəri, oynaq, qan, böyrəklər, mərkəzi sinir sistemi daxil olmaqla bədənin fərqli orqanlarını zədələyə bilən xronik autoimmun xəstəlik olduğunu bildirib.
S. Həsənzadə qeyd edib ki, bu xəstəlik orqanizmdə istənilən toxumanı zədələyə bilir və bu səbəbdən xəstədən xəstəyə klinik şəkil də dəyişə bilir.
Onun sözlərinə görə qırmızı qurdeşənəyinin əlamətləri də müxtəlifdir: "Xəstəlik insan bədənində, əsasən, yüksək hərarət, halsızlıq, yorğunluq, üzdə kəpənəyəbənzər səpgi (malar raş), dəridə qızartı, səpgi və şişkinlik (diskoid raş), günəşə qarşı həssaslıq ( günəş şüalarının təsirindən dəridəki səpgilər çoxalır), saç tökülməsi, allopesiya, ağızda təkrarlanan ağrısız yaralar, reyno fenomeni (stress və soyuqda barmaq uclarının göyərməsi və ya ağarması), depressiya, psixoz kimi psixi pozuntular, artritlər ,əsasən, səhər kiçik əl oynaqlarında tutqunluq, şişmə və ya artropatiya (Jaku artropatiya), ağ ciyərdə iltihaba bağlı maye toplanması, sidikdə protein tapılması kimi əlamətlərlə özünü büruzə verir".
Həkim bildirib ki, xəstəliyin diaqnostikasında autoimmun seroloji testlərin olması önəmlidir. Məsələn, ANA, ds-DNA, ENA (SS-A, SS-B, Sm, RNP), aCL, C3, C4.
Əsas müalicə prinsiplərinə görə az toksik olan rejim seçilir. Aşağı-doz steroid istifadəsi (prednizolone < 10 mg/g), anti-malaryal müalicə (hidroksiklorokin/klorokin). Əgər oynaq zədələnməsi varsa organ-spesifik yanaşma (NSAII, metotreksat) olmalıdır. Lupus nefrit varsa siklofosfamid, takrolimus, puls terapiya, MMF, azathioprin, hematoloji tutulumu zamanı MMF, aza, rituximab, yüksək doz steroid istifadə olunmalıdır.
Seminarın sonunda klinikanın həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Pediatr alimin 53 illik fəaliyyəti yüksək qiymətləndirilib
24.10.2026 | 09:30
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

