ATU-da akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
28.04.2022 16:15

Bu gün Azərbaycan Tibb Universitetində Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Ağrıyan gözlərə şəfadır əlin” adlı tədbir keçirilib.

 

Tədbirdə Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyi, rayonun səhiyyə müəssisələrinin rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Əvvəlcə “Zirvələrə yüksələn zərif insan ömrü” filmi nümayiş olunub.

 

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək bildirib ki,  Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Alimin zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindəndir. 

 

Sonra Səhiyyə Nazirinin müavini Nadir Zeynalov akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən danışıb. Qeyd olunub ki, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə görkəmli alim keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.

 

Daha sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə xanım  Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilib, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadırdı. Bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olmuşdur. 

 

Vurğulanıb ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi.

 

Qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu quruculuq işləri və Zərifə xanımın çoxşaxəli hümanitar missiyası bu gün ölkə Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

 

Göz həkimi, professor Paşa Qəlbinur isə çıxışında Zərifə xanım Əliyeva ilə işlədiyi dövrdə onunla bağlı xoş xatirələrini bölüşüb.

 

Tədbirdə hər il olduğu kimi, bu ildə Zərifə xanım Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar  50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəbliyə optik  göz eynəkləri təqdim edilib, 1 nəfər şagirdin isə hər iki gözündən əməliyyat olunacağı bildirilib.

 

Sonda Bakı Musiqi Akademiyasının solisti  Əli Muradov Zərifə xanıma həsr olunmuş ana mahnısını ifa edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib