Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin edilib
28.04.2022 13:36

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni rəhbər təyin olunub. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə İnstitutun direktoru vəzifəsi İradə Axundovaya həvalə olunub.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, Vüqar Qurbanov bu gün yeni direktoru kollektivə təqdim edib.

 

Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov İradə Axundovanın səhiyyə sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyətinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun inkişafında müstəsna rol oynayacağına inandığını bildirib.

O, mövcud neqativ halların qısa zamanda aradan qaldırılması, tibbi xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

 

Məlumat üçün qeyd edək ki,  ixtisasca pulmonoloq olan İ.Axundova tibb üzrə fəlsəfə doktorudur. O,  F.Əfəndiyev adına 4 nömrəli Mərkəzi Kliniki Xəstəxanasında tibb bacısı, 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə həkim- intern (ftiziatr), Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim-fizioterapevt, şöbə müdiri və İnstitutun direktor müavini çalışıb.

 

Təyinata qədər Milli İdman Tibb və Reabilitasiya İnstitutunun elmi katibi kimi fəaliyyət göstərib.

 

İ.Axundova 200-dən çox elmi məqalənin müəllifidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub