Türkiyəli mütəxəssis ATU-da diskussiya xarakterli görüş keçirib
28.04.2022 11:16

Türkiyə Cümhuriyyəti Doqquz Eylül Universitetinin Tibb bacılığı fakültəsinin cərrahi xəstəliklər üzrə tibb bacılığı doktoru, dosent Fatma Vural ATU-da yeni ixtisas olan tibb bacısı işi ixtisası üzrə fənləri tədris edən müəllimlərlə diskussiya xarakterli görüş keçirib.

 

Aztibb.az xəbər verir ki, III Cərrahi xəstəliklər kafedrasının əməkdaşları Azər Qasımov və Ziyalı Rzayev tibb bacısı işi ixtisası üzrə bakalavr səviyyəsində tədris aparıldığını və yeni ixtisas üzrə 4 illik təhsildə baza təhsili ilə yanaşı, peşə bacarıqlarının artırılmasına da diqqət yetirildiyini qeyd ediblər. Onlar hər bir sahə - neyrocərrahiyyə, cərrahiyyə, pediatriya və s. üzrə tibb bacısı işi ixtisaslaşmalarının tədris planı əsasında həyata keçiriləcəyini bildiriblər.

 

Son illər dünyada səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində insanlara peşəkar yardım göstərildiyini qeyd edən dosent Fatma Vural bu baxımdan tibb bacılarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. F.Vural bu ixtisas üzrə təhsil alan gənclərin məsuliyyətli olmalarını, vəzifə və öhdəliklərini peşəkar şəkildə yerinə yetirmələrinin zəruriliyini diqqətə çatdırıb: “Tibb bacıları peşə etikası qaydalarına hər zaman riayət etməli, peşəkar tibb bacısı olmaq üçün zəruri bilik və bacarıqlarını daim artırmalıdırlar. Tədris zamanı bu ixtisas üzrə təhsil alan tələbələr daha çox komanda şəklində işləmək bacarığı qazanırlar. Belə ki, diaqnozun qoyulması, müalicənin planlaşdırılması və xəstəliyin gedişi həkimlərin öhdəsinə düşdüyü halda, tələb olunan istiqamətdə müalicənin aparılması tibb bacılarına həvalə olunur”.

 

Diskussiya şəraitində keçən görüş zamanı bu ixtisasın bakalavr səviyyəsində tədrisinin aktuallığına dair fikir mübadiləsi aparılıb, F.Vural iştirakçıları maraqlandıran sualları cavablandırıb.

 

Görüşdə İctimai səhiyyə fakültəsinin dekanlıq nümayəndələri, kliniki fənlərin tədrisi üzrə mütəxəssislər, o cümlədən Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub