Florence Nigtingale Xəstəxanalar Qrupunun mama-ginekoloqu beynəlxalq elmi konqresdə moderator qismində iştirak edəcək
28.04.2022 11:08
Türkiyənin Florence Nigtingale Xəstəxanalar Qrupunun mama-ginekoloqu prof. Cem İyibozkurt 5 may 2022-ci il tarixində keçiriləcək "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda beynəlxalq elmi konqresin “Hamiləlikdə infeksiyalar və cərrahi patologiyalar” panelində moderator qismində iştirak edəcək.
 
Qeyd edək ki, "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqresin yalnız rəsmi açılış hissəsi Mərkəzi Gömrük Hospitalının "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.
 
Konqres əyani olaraq Baku Marriott Boulevard otelində, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Konqresdə iştirak ödənişlidir!
 
Əyani iştirak edəcək həkimlər üçün Konqresdə iştirak haqqı 100 AZN, əyani iştirak edəcək rezidentlər üçün 50 AZN təşkil edir. Distant iştirak haqqı isə 20 AZN-dir.
 
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
 
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/LsjH6jNrudqGVTnt6
 
Proqramla Mərkəzi Gömrük Hospitalının internet səhifəsində tanış olmaq və ödəniş etmək üçün link: https://customshospital.az/5-may-hamilelikde-genital-ve.../
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub