"Ginnesin Rekordlar Kitabı"na düşmüş, 420 qram çəkidə olan KÖRPƏ
28.04.2022 23:16

"Ginnesin Rekordlar Kitabı"na düşən, vaxtından əvvəl - hamiləliyin 21-ci həftəsində dünyaya gələn körpə Curtis adlı oğlandır.

 

Aztibb.az xəbər verir ki, həkimlərin "xüsusi körpə" adlandırdığı Curtis 420 qram çəkidə ABŞ-ın Alabama ştatında dünyaya gəlib.

 

4 iyul 2020-ci il tarixində ABŞ-ın Müstəqillik Günü qeyd olunan zaman narahatlığı başlayan hamilə qadın həmin gecə xəstəxanaya gedir və əkiz övladları dünyaya gəlir. Əkizlərdən biri sadəcə 1 gün yaşaya bilsə də, Curtis həyatla mübarizəsini davam etdirir. Yaşama ehtimalının az olmasına baxmayaraq, o, 3 ay süni tənəffüs aparatında, 275 gün isə xəstəxanada qaldıqdan sonra 2021-ci ilin aprel ayında artıq evə yola salınır.

 

Mütəxəssislər tərəfindən Curtisə düzgün nəfəs alma, qidalanma zamanı ağızı düzgün işlətmə qaydaları davamlı olaraq öyrədilirdi.

 

Hazırda həkimlər onun sağlamlığının normal olduğunu deyirlər.

 

Curtisin neonatoloqu Brian Sims müsahibəsində neçə ildir bu sahədə çalışmasına baxmayaraq belə güclü uşaqla rastlaşmadığını qeyd etmişdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib