Tibb işçilərinə yanvar və fevral ayları üzrə 17,1 milyon manatdan çox əlavə ödənilib  
27.04.2022 17:30

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2022-ci ilin yanvar və fevral ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 14,2 milyon manatdan çox, qeyri-tibb işçilərinə isə 2,9 milyon manata yaxın müddətli əlavə ödənilib.

 

Dövlət agentliyindən Aztibb.az-a bildirilib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin yanvar və fevral ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 7 855,85 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

 

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, yanvar və fevral ayları üzrə 1000 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

 

Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

 

Aylar

Dövlət tibb müəssisələri üzrə

Özəl tibb müəssisələri üzrə

Könüllülər üzrə

Cəmi

Tibb işçiləri

Qeyri-tibb işçiləri

Yanvar

7,430,140.47 AZN    

(6 526 nəfər)

1,462,409.52 AZN

(2 516 nəfər)

4 540.59 AZN

(2 nəfər)

500.00 AZN            (2 nəfər)

8,897,590.58 AZN

(9 046 nəfər)

Fevral

6,808,276.29  AZN             

(5 717 nəfər)

1,423,451.14 AZN

(2 236 nəfər)

3 315.26 AZN

(2 nəfər)

500,00 AZN            (2 nəfər)

8,235,542.69 AZN            (7 957 nəfər)

CƏMİ:

14,238,416.76 AZN

(12 243 nəfər)

 

2,885,860.66 AZN

(4752 nəfər)

 

7 855.85 AZN (4 nəfər)

 

1 000,00 AZN

(4 nəfər)

17,133,133.27 AZN

(17 003 nəfər)

 

Qeyd olunmalıdır ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq agentlik tərəfindən yanvar və fevral ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

 

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 aprel tarixli 121 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il mayın 1-dək uzadılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub