ETPİ-nin Uşaq Kliniki Xəstəxanasında ağciyərlərin funksional testi - Spirometriya aparılır
27.04.2022 16:33
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) Uşaq Kliniki Xəstəxanasında ağciyərlərin funksional testi - Spirometriya aparılır.
 
Aztibb.az xəbər verir ki, spirometriya – tənəffüs hərəkətini müəyyən edən funksional testdir. Ağciyərlər və bronxların xəstəliklərində (xroniki bronxit,astma,allergik öskürəklər,xırıltılı və fitverici öskürəklər) nəfəs problemlərinə diaqnoz qoymaq üçün lazım olan ən vacib testlərdən biridir. 5 yaşdan böyük uşaqlara spirometriya tənəffüs testi etmək olar. Bu test qısa müddətdə, qeyri-invaziv, ağrısız, asan başa gələn üsuldur, sadəcə nəfəs alıb verməklə və üfürməklə həyata keçirilir. 
 
Göstərişlər:
- Bronxial astma, xroniki obstruktiv ağciyər xəstəliyi, sarkoidoz və s. ağciyər xəstəliklərinin diaqnostikasında və ağırlıq dərəcəsinin təyin olunmasında;
- Müalicənin effektivliyinin dəyərləndirilməsi, sonrakı müalicə taktikasının seçilməsi;
- Xəstəliyin proqnozunun qiymətləndirilməsi;
- Təngənəfəslik;
- Quru xırıltılar (“auskultasiyada külək səsi”);
- Əməliyyat öncəsi və sonrası xəstələrdə tənəffüs funksiyalarının dəyərləndirilməsi;
- Obstruktiv, restriktiv xəstəlikləri differensasiyası.
 
Hansi uşaqlara spirometriya əks göstərişdi?
- Hər hansi bir səbəbə bağlı sinə və ya qarında şiddətli ağrı;
- Spirometriya ağızlığının tutulamayacağı oral/fasial ağrı;
- Hidrosefaliyalı uşaqlar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub