ÜST-nin Avropa üzrə regional direktoru “İmmunlaşdırma Həftəsi“ kampaniyasında iştirak edib
27.04.2022 12:29

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugenin Azərbaycana səfəri davam edir.

 

Aztibb.az xəbər verir ki, səfərin ikinci günündə H.Kluge Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə son iki il ərzində USAID və UkAid maliyyə dəstəyilə keçirilən ÜST-nin “Azərbaycandakı İlkin Səhiyyə Xidməti üzrə Nümayiş layihəsi”nin ərazisi olan Şamaxı rayonunu ziyarət edib.

 

ÜST-nin Avropa üzrə regional direktoru Şamaxıda Avropa “İmmunlaşdırma Həftəsi” çərçivəsində keçirilən tədbirlərə qatılıb. Qonaqlar Şamaxı Olimpiya Mərkəzində keçirilən tədbirə, daha sonra rayonun Göylər kəndində ilkin səhiyyə xidməti məntəqəsinə, səyyar klinikaya və immunlaşdırma stendinə baş çəkib, tibb işçiləri və tələbələrlə görüşüb. “İmmunlaşdırma Həftəsi” çərçivəsində həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verilib.

 

Daha sonra qonaqlar ilkin səhiyyə xidmətinin təkrar təşkili modeli ilə tanış olmaq üçün Şamaxı Təlim Mərkəzini ziyarət ediblər.

 

Tədbirdə çıxış edən Hans Henri Kluge ilkin səhiyyə xidmətinin gücləndirilməsini universal tibbi təminatın əsasını təşkil etdiyini vurğulayıb: “Bu gün yerli, milli və beynəlxalq tərəfdaşların birgə iştirakı ilə Şamaxıda reallaşan layihələr səhiyyə xidmətlərini daha əlçatan edir”.

 

Qeyd edək ki, Avropa “İmmunlaşdırma Həftə”sinə həsr edilmiş Şamaxı səfəri Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST-nin Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsinin altı kənddə gerçəkləşdirdiyi immunizasiya kampaniyası çərçivəsində baş tutub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub