ATU-da “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib
27.04.2022 09:50

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov əvvəlcə bu ilin “Şuşa ili” elan edilməsi və qədim şəhərimizin 270 illik yubileyinin qeyd olunmasının əhəmiyyətindən danışıb. “Şuşa ili” çərçivəsində Azərbaycan Tibb Universitetində müxtəlif mövzuları əhatə edən çoxsaylı tədbirlərin planlaşdırıldığını qeyd edən Z.Musabəyov bu gün gənclərin sağlamlığının qorunması, onlar arasında pis vərdişlərin yayılmasının qarşısının alınması ilə bağlı növbəti belə toplantının təşkil olunduğunu diqqətə çatdırıb.

 

Prorektor Z.Musabəyov bildirib ki, dövrümüzün əsas bəlalarından biri olan narkomaniya 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır: “Bu bəla bütün dünyada can almaqda davam edir. Narkomaniya bütövlükdə cəmiyyətin məhvinə yönəldiyinə görə, onunla mübarizəyə də hər kəs qoşulmalıdır. Bu problemlə hər bir qurum və hər kəs bütüm mümkün variantlardan istifadə etməklə mübarizə aparmalıdır. İstər maarifləndirmə, istərsə də hüquqi məsuliyyət baxımından tədbirlər görülməlidir. Cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidir”.

 

Azərbaycanda bu sahədə xeyli işlər görüldüyünü bildirən Z.Musabəyov onların sırasında maarifləndirmənin mühüm yer tutduğunu və bu tədbirin də həmin prosesin gücləndirilməsinə töhfə kimi qiymətləndirilə biləcəyini vurğulayıb.

 

Daha sonra Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) hüquqşünası Gülnaz Ələsgərova, Gənclər və İdman Nazirliyinin seleksiya üzrə baş mütəxəssisi Elvin Zeynallı, ATU-nun Psixiatriya kafedrasının dosenti Araz Manuçeri Lalei, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, psixiatr Ramil Hüseynzadə çıxış edərək narkomaniyaya qarşı mübarizədə önəmli məqamlardan danışıblar.

 

Mövzu ilə əlaqədar maarifləndirici videoçarxın nümayişindən sonra ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin Teatr Klubunun ifasında “Bir idmançının taleyi” tamaşası təqdim olunub. Sonda ATU-nun “Təbib” İdman Klubunun rəhbəri Qələndər Aslanov narkomaniya ilə mübarizə işlərində aktivlik göstərən tələbələrə təşəkkürnamələr təqdim edib.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
  Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub  
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
İcra başçısı Cəlilabad RMX-da müalicə alan şəhid anasını ziyarət edib
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Ana qızının bağışladığı qaraciyərin sağ payı ilə sağlam şəkildə həyata bağlandı - Mərkəzi Klinikada uğurlu əməliyyat
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
Zəngin iş təcrübəsinə malik peşəkar həkim Tahirə Məmmədova - Həkimlərimizi tanıyaq!