Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər sosial müdafiə tədbirləri ilə əhatə olunublar
26.04.2022 13:43

36 il bundan əvvəl, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycandan da xeyli sayda insan iştirak edib. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı sosial müdafiə tədbirlərinin də ildən-ilə güclənməsinə imkan verib.

 

Əlilliklərinin səbəblərinə münasibətdə, Çernobıl əlilləri "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” (2 500 nəfər) və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” (3 000 nəfər) əlilliyi olanlar kimi iki qrup  üzrə müəyyən olunublar.

 

Aztibb.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların mənzillə və avtomobillə təminatı həyata keçirilir.

 

Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, müharibə əlilləri və şəhid ailələri ilə bərabər, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin də 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub ki, bu da onlara xüsusi qayğının daha bir təzahürüdür.

 

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü (I dərəcə üçün 400 manat,  II dərəcə üçün 350 manat, III dərəcə üçün 300 manat) ödənilir. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (130 manat) ilə təmin olunur.

 

Həmçinin, hər iki qrupdan olan əlilliyi olan şəxslərin böyük əksəriyyətinə əlilliyə görə pensiya, bir qisminə isə əlilliyə görə aylıq müavinət, bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (bu ilin əvvəlindən 50 manatdan 80 manata çatdırılıb) verilir.

 

Aparılan ardıcıl islahatlar çərçivəsində son 3 ildə pensiyaların orta aylıq məbləği 75 faiz, müavinət və təqaüd ödənişləri isə 3,7 dəfə artıb.

 

Yeni islahat paketi çərçivəsində bu ilin əvvəlindən əlilliyə görə müavinətlər növbəti dəfə artırılaraq I dərəcə əlilliyə görə 150 manatdan 220 manata,  II dərəcə əlilliyə görə 130 manatdan 180 manata, 3-cü dərəcə əlilliyə görə 110 manatdan 120 manata çatdırılıb.

 

Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət verilir.

 

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslər hər il birdəfəlik müavinətlə də təmin olunur, onların tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. də həyata keçirilir. 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?