Aprelin 26-sı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirəsinin Anım Günüdür
26.04.2022 09:05

26 aprel – Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirəsinin Anım Günüdür.

 

1986-cı il aprelin 26-da Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən radiasiya qəzası atom energetikası tarixində ən böyük faciəli hadisə kimi tarixə düşüb. Radiasiya sızması nəticəsində çox böyük itki və tələfat baş verib. Atom elektrik stansiyasındakı qəza nəticəsində nüvə reaktoru tamamilə sıradan çıxıb və ətraf mühit radiasiya təsiri altına düşüb. Qəza hadisənin baş verdiyi ərazidən 30 kilometr radiusda Rusiya, Belarus və bir sıra Avropa ölkələrinə də təsirsiz ötüşməyib. Ukraynanın 12 vilayətində 50 min, Belarusda 46,5 min, Rusiyanın 19 vilayətində 60 min kvadratkilometr ərazi ekoloji çirklənməyə məruz qalıb və 2,6 milyon nəfər radiasiya təhlükəsi altına düşüb.

 

Həmin qəza zamanı alim, fəhlə, hərbçi və könüllülər öz həyat və sağlamlıqlarını təhlükə altına qoyaraq fəlakətin miqyasının genişlənməməsi üçün çox böyük qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərdilər. Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəza XX əsrin ən böyük ekoloji fəlakəti hesab olunmaqla yanaşı, həm də bir daha belə bir fəlakətə yol verilməməsi üçün ibrət dərsi sayılmalıdır.

 

Birləşmiş Millətlər Təşkilatı aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirəsinin Anım Günü elan edəndən sonra 2003-cü ilin dekabrında BMT Baş Assambleyası həmin qərarı dəstəkləyib və təşkilata üzv ölkələri həmin günü qeyd etməyə çağırıb.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu