Fərdi Reabilitasiya və Abilitasiya Proqramının tətbiqi üzrə altsistem hazırlanır
25.04.2022 11:38

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Fərdi Reabilitasiya və Abilitasiya Proqramının (FRAP) tətbiqi üzrə altsistem hazırlanır.

 

Aztibb.az-ın məlumatına görə, nazirlikdən verilən məlumata görə, FRAP əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirir.

 

Yeni altsistem bu sahədə reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları arasında e-formada məlumat mübadiləsinə, onların əlaqəli fəaliyyətinin qurulmasına xidmət edəcək.

 

Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin tərkib hissəsi olacaq həmin altsistem qeyd olunan proseslərin təşkilində şəffaflığın artırılmasına, eləcə də bu sahəyə nəzarətin daha təkmil qurulmasına şərait yaradacaq.

 

Reabilitasiya müəssisələrinə qəbul edilmiş şəxslərlə bağlı reabilitasiya tədbirləri və nəticələri barəsində məlumatlar da e-sistemdə toplanacaq və FRAP-ların hazırlanmasında zəruri informasiya bazası rolu oynayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub