Yeyinti məhsulları üzrə qablaşdırma və etiket tələbləri mövzusuna həsr olunmuş tədbir keçirilib
22.04.2022 12:42

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qida məhsullarının əsas idxalçıları ilə videokonfrans formatında görüş keçirilib.

Aztibb.az AQTA-ya istinadla xəbər verir ki, idxal edilən yeyinti məhsulları üzrə qablaşdırma və etiket tələbləri mövzusuna həsr olunan tədbirdə iştirakçılara yeyinti məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyinin təmin edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunması və bu sahədə dövlət nəzarəti funksiyalarının həyata keçirilməsi istiqamətində aparılan işlər haqqında geniş məlumat verilib. Eyni zamanda idxal olunan qida məhsullarının etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğu, bu tələb və qaydalara ciddi şəkildə əməl olunması, xüsusilə idxal olunan qida məhsulları üzərində etiket məlumatlarının Azərbaycan dilində əks olunmasının zəruriliyi bildirilib.

AQTA-nın İdxal və ixraca nəzarət şöbəsinin müdiri Fərid Əliyev qeyd edib ki, Agentlik tərəfindən mütəmadi həyata keçirilən nəzarət tədbirləri zamanı, həmçinin istehlakçılardan daxil olan şikayətlər əsasında bəzi ölkələrdən idxal edilən qida məhsullarının ekspertizası nəticəsində etiket qaydalarının tələblərinə əməl olunmadığı müəyyənləşib və bununla əlaqədar son zamanlar bu istiqamətdə nəzarət tədbirləri daha da gücləndirilib.

Görüşdə sahibkarlara qanunvericiliyin digər tələbləri ilə yanaşı, qida məhsullarının qablaşdırılması və etiketlənməsinə dair tələblərə daha məsuliyyətlə yanaşmalarının vacibliyi vurğulanıb və istehlakçı hüquqlarının pozulması hallarına yol verilməməsi diqqətə çatdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib