Münaqişədən zərər çəkmiş bölgələrdə ilkin səhiyyə xidməti gücləndirilir
21.04.2022 22:48

21 aprel 2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə görüşüb.

 

Görüş çərçivəsində Agentlik və BQXK arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi fövqəladə hadisələrdən zərər çəkmiş ərazilərin mülki əhalisi və məcburi köçkün ailələrinə ilkin səhiyyə xidməti çərçivəsində keyfiyyətli və vaxtında müalicə-profilaktik yardımın göstərilməsinə dəstək olmaqdır. Bu məqsədlə Tərtər rayonunun Borsunlu və Sarov, Ağdam rayonunun Əfətli kəndində fəaliyyət göstərən kənd həkim məntəqələrində ilkin səhiyyə xidmətinin müasir standartlara uyğun təşkil edilməsi nəzərdə tutulur. Əsaslı təmir edilən həkim məntəqələri ilkin səhiyyə xidmətinin göstərilməsi üçün zəruri tibbi ləvazimat və tibbi sərfiyyat malları ilə təchiz ediləcək.

 

Memorandum çərçivəsində, həmçinin kənd həkim məntəqələrində çalışan tibb işçilərinin bacarıqlarının artırılması məqsədi ilə təlimlər təşkil olunacaq.

 

Tədbirdə Agentliklə əməkdaşlıq çərçivəsində BQXK-nın dəstəyi ilə bölgələrdə icra olunan layihələr haqqında fikir mübadiləsi də aparılıb. Qeyd olunub ki, uğurlu əməkdaşlıq nəticəsində ötən il BQXK tərəfindən Ağdam rayonunun Əfətli, Əhmədağalı, Təzəkənd, Tərtər rayonunun Evoğlu, Borsunlu, Seydimli, Hüsənli, Sarov, Şuşa rayonunun Mirzələr kəndində yerləşən kənd həkim məntəqələri əsaslı təmir olunaraq istifadəyə verilib. İlkin səhiyyə xidmətinin göstərilməsi zamanı istifadə olunan lazımi tibbi ləvazimatlar BQXK tərəfindən həkim məntəqələrinə ianə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub