Gözdə qəflətən başlayan qaşıntı, yanma, qızartı və sulanma ilə müşahidə olunan - Allergik konyunktivitin yaranma SƏBƏBLƏRİ nədir?
21.04.2022 17:26

Allergik konyunktivit gözdə qəflətən başlayan qaşıntı, yanma, göz qapaqlarında zəif ödem-şişkinlik, gözdə qızartı və sulanma ilə müşahidə olunan, allergenlərə qarşı yaranmış konyunktivanın iltihabi reaksiyasıdır. Kliniki formalarından pollinoz, “Bahar katarı”, dərman allergiyası, xroniki allergik konyunktivit, atopik keratokonyunktivit və iri papilyar konyunktivitlər ayırd edilir. Pollinoz ağac, çiçək, bitki tozcuqlarına qarşı allergik reaksiya olaraq yaranır. Atopik keratokonyunktivit isə atopik dermatit, bronxial astma, allergik rinit şikayətləri olanlarda rast gəlinən haldır. İri papilyar konyunktivit adətən linza istifadə edənlərdə ortaya çıxır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Aynurə Əliyeva  “Həkim məsləhəti” rubrikasında yaz mövsümündə rast gəlinən “Bahar katarı (keratokonyunktivit) xəstəliyinin yaranma səbəbi və  müalicəsi” mövzusunda çıxış edərkən məlumat verib.

 

Həkimin sözlərinə görə, bahar keratokonyunktiviti mövsümlə əlaqədar ortaya çıxan, hər iki gözdə müşahidə olunan allergik reaksiyadır. Xəstəlik uşaq və yeniyetmələrdə, xüsusilə oğlan uşaqlarında rast gəlinir, daha çox yaz aylarında başlayıb payıza qədər davam edir. Pasiyentin 3-6 yaşlarında başlayan şikayətləri 20 yaşa qədər yox olur. Nadir hallarda iyirmi yaşından sonra da davam edə bilər. Ailə anamnezində atopik xəstəlik olan şəxslərdə daha çox rast gəlinir.

 

A.Əliyeva qeyd edib ki, bu zaman göz qaşıntısı ən əsas əlamətdir, bu şikayətə yanma, sulanma, gözdə “yad cisim” hissi, işığa həssaslıq və hətta blefarospazm (göz qapaqlarında spazm) əlavə olunur: “Konyunktivada qızartı və ödem, üst qapaq konyunktivasında, limb ətrafında follikullar, papillalar inkişaf edir, yan-yana düzülmüş bu follikullar çay daşlarını xatırladır. Hipertrofiya olunmuş papillalar qapağın cüzi ptozuna (sallanmasına) səbəb ola bilər. Spesifik əlamət sayılan iri follikullarda ağ infiltratlar da müşahidə oluna bilir. Xəstələrin 50%-ində buynuz qişa zədələnir. Bu zaman şikayətlərə batma, sulanma, işığa həssaslıq, gözdə “yad cisim“ hissi, ağrı əlavə olunur”.

 

Həkim xəstəliyin müalicə üsullarından bəhs edəərk bildirib ki, yüngül klinika ilə keçən hallarda gözə soyuq kompress, günəşdən qorunma və simptomatik müalicə kifayət edir.

 

“Bu tədbirlər yetməzsə, xəstəliyin kəskinləşdiyi yaz aylarında steroid preparatlar təyin olunur. Xəstəlik xroniki olduğuna görə hormonal preparatların verə biləcəyi katarakta, gözdaxili təzyiq yüksəlməsi, infeksiya inkişafı və s. kimi ağırlaşmalar bu qrup preparatların istifadəsinə məhdudiyyət qoyur. Məhz buna görə, belə xroniki xəstəlikdən əziyyət çəkənlər hər bahardan əvvəl profilaktik müayinədən keçməli və lazımi tədbirlərə vaxtında başlamalıdırlar”, - deyə həkim qeyd edib.

ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qusarda qanvermə aksiyası:
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir
 Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib   
 Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat   
 AQTA-da konfrans: “Təhlükəsiz qidanın memarlığı”
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!