Bakıda yeni tibbi diaqnostika mərkəzi fəaliyyətə başlayıb - “Ellab Diaqnostik”
21.04.2022 15:35

Azərbaycanda dünyanın ən son laboratoriya avadanlıqları ilə təchiz edilmiş tibbi diaqnostika mərkəzi fəaliyyətə başlayıb. Bakıda Aşıq Molla Cümə küçəsi 44 ünvanında yerləşən “Ellab Diaqnostik”-də mikrobiologiya, genetika, immunologiya, biokimya və s. sahələr üzrə dəqiq analizlər aparılır.

 

“Ellab Diaqnostik” mərkəzi müştərilərinə keyfiyyətli xidmət, münasib qiymət və analiz nəticələrində dəqiqlik barəsində zəmanət verir. Mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə aparılmayan bütün laborator xidmətlərin yerli laboratoriyada aparılmasını təmin etmək, pasiyentlərin ehtiyaclarına uyğun yüksək keyfiyyətli laborator və poliklinik xidmətlər göstərməkdir.

 

“Ellab Diaqnostik”də quraşdırılan Siemens, Roche, Biomerius, Tecan, Beckman, Acces 2, Redcell, Berkhun SDM-100, ERBA 760, Rotor Gene-Q, Atellica 630, COBAS E 411, Vitek 2, Bact/Alert 3 D, Proviva və s. kimi ən müasir tələblərə cavab verən tibbi avadanlıqlar pasiyentlərin daha dəqiq nəticələr almağını təmin edir. Laboratoriya, eyni zamanda, Türkiyə, Almaniya, ABŞ-ın qabaqcıl klinikalarının laboratoriyaları ilə müqavilə əsasında Azərbaycanda edilməyən nadir analizləri də qəbul edir.

 

Qeyd edək ki, “Ellab Diaqnostik” mərkəzində 32000-dən artıq genetik test, 1500-dən artıq müxtəlif növdə laborator müayinələr aparılır. Müayinələrin hər birinin ayrıca təlimatı hazırlanır və analizlər həmin təlimat əsasında həyata keçirilir. İnteqrasiya sistemi vasitəsilə müayinə nəticələri birbaşa kompüter-məlumat bazasına daxil edilir. Müayinələrin nəticələri bir neçə yoxlama mərhələsindən keçir. İlkin nəticə tibbi texniklərin nəzarətindən, ikinci mərhələdə həkim laborantlar, üçüncü mərhələdə isə klinikanın direktoru, biokimya və molekulyar biologiya uzmanı dr. Eldar Əliyevin nəzarətindən keçir. Yalnız bütün kriteriyalar üzrə nəzarətdən keçmiş nəticələr pasiyentə təqdim olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub