Vaxtından əvvəl doğulan körpələr üçün nəzərdə tutulan küvəz - YARANMA TARİXİ
23.04.2022 23:59
Vaxtından əvvəl doğulan körpələr üçün nəzərdə tutulan küvəz XIX əsrin sonlarında ixtira olunmuşdur.
 
Küvəz icad olunmamışdan əvvəl erkən dünyaya gələn yenidoğulmuşların həyati funksiyalarını tənzimləmək məqsədilə cücələr üçün nəzərdə tutulan, 1881-ci ildə Stephane Tarnier tərəfindən ixtira olunan inkubatorlara üstünlük verilirdi. Cücələrin yumurtadan çıxması üçün istilik, rütubət və havalandırma tarazlığını tənzimləyən bu cihazlarda vaxtından əvvəl doğulan körpələr üçün ana bətnindəki optimal şərait qorunmağa çalışılırdı. Hər 3 saatdan bir tibb bacısı tərəfindən dəyişdirilən isti su şüşələri ilə qızdırılan bu sistemdə birdən çox körpə müşahidə altında saxlanıla bilirdi.
 
Başlanğıcda reaksiyalara səbəb olan bu sistemə yanaşma S.Tarnierin təşkilatçılığı ilə dəyişməyə başlamış və vaxtından əvvəl doğulan körpələrdə ölüm nisbətinin azalması gözəçarpan irəliləyişlərlə birlikdə bir çox səhiyyə işçisinin, xüsusilə də anaların diqqətini çəkmişdir. Tarnierin təqaüdə çıxması ilə vaxtından əvvəl doğulmuş körpələrə qulluq gələcək nəsil mütəxəssislərinin öhdəsinə buraxılmışdır.
 
Yaranan ehtiyaclar və inkişaf edən texnologiya ilə ilk küvəz 1891-ci ildə Fransanın Nitsa şəhərində Alexandre Lion tərəfindən hazırlanmışdır. Bu küvəzin havası iri metal gövdəyə qoşulmuş müstəqil ventilyatorun köməyi ilə daim təmizləndiyi halda, istilik balansı termostat tərəfindən təmin edilirdi. Vaxtından əvvəl doğulan körpəni ana bətnindəki mühitə uyğunlaşdırmaq məqsədi daşıyan küvəz uğurlu nəticələr verdiyindən A.Lion erkən dünyaya gələn körpələr üçün baxım mərkəzi quraraq xəstələrinin sistemdən faydalanmasını hədəfləmişdir.
 
Alexandre Lion küvəzlərin necə işlədiyinə dair ödənişli tədbirlər təşkil etmiş və qazandığı məbləği işlərində istifadə etmişdir. Küvəzdə müalicə alan körpələrlə birgə çəkilən qrup şəkillərindəki sağlam körpələr ictimaiyyətin diqqətini çəkərək ianə toplamağa başlamışdır.
 
A.Lion kəşfinin ilk üç ilində 185 vaxtından əvvəl doğulan körpədən 137-ni xilas etmiş və böyük uğura imza atmışdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib