Kliniki Tibbi Mərkəzdə ilk dəfə olaraq artroskopik əməliyyatların icrasına başlanılıb
20.04.2022 10:34
Dövlət tibb müəssisələri arasında ilk dəfə olaraq Kliniki Tibbi Mərkəzdə (KTM) artroskopik əməliyyatların icrasına başlanılıb. Bu, həm də Mərkəzin tarixində bir ilkdir.
 
Bu barədə Aztibb.az-a Mərkəzdən məlumat verilib.
 
Bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına müasir endoskopik cərrahiyyə sahəsində tibbin ən son texnoloji avadanlıqları alınıb və artıq iki əməliyyat uğurla başa çatıb.
 
Bu günə kimi Azərbaycanda endoskopik cərrahiyyə sahəsində bu cür əməliyyatlar yalnız bir neçə özəl klinikada mümkün olub.
 
Endoskopik cərrahiyyənin bir sahəsi olan artroskopiya müasir ortopedik cərrahiyyədə geniş istifadə olunur. Artroskopiya sözü oynağın içinə baxmaq anlamına gəlir. Bu metodun üstünlüyü oynağı açmadan onlarda müxtəlif əməliyyatları aparmağa imkan verir ki, bu da öz növbəsində xəstələrin erkən reabilitasiyası, xəstəxanada yatış müddətinin azalması, oynaqları daha geniş görmək imkanı, daha az fəsad və risk deməkdir. O cümlədən, bu cür əməliyyatlar infeksiya riskini azaltmaqla yanaşı, estetik cərrahi müdaxilə də hesab edilir.
 
Artroskopik cərrahiyyə aşağıdakı oynaq xəstəliklərində icra edilir:
 
• Menisk yırtıqlarının müalicəsində,
• Erkən dönəmlərdə oynaq kirəclərinin təmizlənməsində,
• Oynaq içərisində olan qığırdaq və sümük hissəciklərinin çıxardılmasında,
• Ön və arxa çarpaz bağ yaralanmalarında,
• Oynaqların iltihabi xəstəliklərində,
• Diz qapağının müxtəlif xəstəliklərində,
• Oynaq qığırdaq xəstəliklərində,
• Oynaqdaxili qırıqların müalicəsində,
• Diaqnostik məqsədlə,
• Cırılmış menisk hissəciklərinin çıxardılmasında,
• Oynaqlarda qığırdaq transplantasiyasında,
• Diz qapağı oxunun düzəldilməsində,
• Oynaq kontrakturalarının açılmasında,
• Oynaq içində olan xoşxassəli şiş və ya kistaların xaric edilməsində və s.
 
Məlumat üçün bildirək ki, artıq Kliniki Tibbi Mərkəzdə artroskopik cərrahiyyə üzrə gündəlik olaraq 4-5 əməliyyatın keçirilməsi imkanları yaranıb. Gələcəkdə bu sahənin daha da inkişaf etdirilməsi əsas prioritetlərdən biridir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub