ATU-nun II Müalicə-profilaktika fakültəsində dekan vəzifəsinə seçki keçirilib
19.04.2022 16:50

Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə-profilaktika fakültəsində dekan seçkisi keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbiri Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əlyev açaraq 2016-cı ildən adıçəkilən fakültənin dekanı olan dosent İsrail Məhərrəmbəylinin fəaliyyətindən söhbət açıb. Onun bu illər ərzində universitet həyatında göstərdiyi xidmətləri, tələbələrə olan münasibətini, çalışqanlığını və digər keyfiyyətlərini yüksək qiymətləndirib.

 

Universitetin elmi katibi, professor Nazim Pənahov İ.Məhərrəmbəylinin tərcümeyi-halı və fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib və onun yenidən dekan seçilməsi üçün namizədliyinin irəli sürüldüyünü bildirib.

 

İ.Məhərrəmbəyli çıxış edərək yüksək qiymətə görə minnətdarlığını bildirib və seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə danışıb.

 

Daha sonra professor Elçin Ağayevin sədrliyi ilə Səsvermə Komissiyası formalaşdırılıb. Gizli səsvermə yolu ilə 268 nəfər lehinə, 2 nəfər isə əleyhinə olmaqla İ.Məhərrəmbəyli yenidən II Müalicə-profilaktika fakültəsinin dekanı seçilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub