ATU-nun dosentinə Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsi verilib  
19.04.2022 13:47
Azərbaycan Tibb Universitetinin (ATU) II Uşaq xəstəlikləri kafedrasının dosenti Gündüz Əhməd oğlu Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18.03.2022-ci il tarixli qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini alıb.
 
O, 2021-ci il iyun ayının 23-də "Uşaqlarda şəkərli diabetin genetik, immunoloji, klinik aspektləri və terapevtik yanaşmanın xüsusiyyətləri" mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə edib.
 
Elmi işdə tip 1 şəkərli diabetin yaranmasında iştirak edən HLA (Human Leukocyte Antigens) sisteminin II sinfi genlərinin və digər əhəmiyyətli genlərin ilk dəfə olaraq Azərbaycan populyasiyası üçün səciyyəvi olan allelləri və haplotipləri aşkarlanıb. Aparılan tədqiqat nəticəsində tip 1 şəkərli diabetli xəstələrdə bağırsaq mikrobiomu ilə xəstəliyə görə populyasiya üçün risk yaradan genlər arasında əlaqə öyrənilməklə mikrobiota ətraflı araşdırılıb. Həmçinin ilk dəfə olaraq populyasiya üçün xəstəliyin yaranmasında rolu olan bağırsaq mikrobiotası aşkar edilib.
 
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub