ETPİ-yə ağır vəziyyətdə çatdırılan körpənin vəziyyəti müalicələrdən sonra yaxşılaşıb    
18.04.2022 16:26
33 hestasiya həftəsində doğulan körpə ağır vəziyyətdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) Anesteziologiya Reanimasiya İntensiv Terapiya şöbəsinə çatdırılıb. Xəstəyə neonatal sarılıq, anadangəlmə pnevmoniya, yenidoğulmuşlarda tənəffüs çatışmazlığı diaqnozu qoyulub.
 
Bu barədə Aztibb.az-a Elmi-Tədqiqat Pediatriya İnstitutundan bildirilib.
 
Qeyd olunub ki, ana hamiləliyin son aylarında ağır COVID-19-a yoluxub və müalicə alıb.
 
"Körpə klinikaya daxil olarkən SVA-da olub, sonrasında müsbət dinamika müşahidə olunub. Tənəffüs çatışmazlığı geriləyən xəstə ekstubasiya olunaraq CPAP aparatında tənəffüs dəstəyinə alınıb. Pnevmoniyası və tənəffüs çatışmazlığı aradan qalxdıqdan sonra xəstə spontan tənəffüsdə müalicəni davam etdirib.
 
Aparılan müalicələrdən sonra xəstənin vəziyyəti yaxşılaşıb", - deyə institutdan bildirilib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub