Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu yeni ünvanda fəaliyyətini davam etdirəcək
17.04.2022 10:53

Bu günlərdə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu 1 Saylı modul tipli xəstəxanaya köçürülüb.

 

Aztibb.az xəbər verir ki, institut yarandığı gündən Cəfər Cabbarlı küçəsi, 35 ünvanında yerləşib. Lakin institutun binasının əsaslı təmirə ehtiyacı olduğundan TƏBİB-in qərarına əsasən, 2021-ci ildən Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun əməkdaşları müvəqqəti olaraq Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun bir hissəsinə yerləşdirilib və burada növbəli şəkildə öz fəaliyyətini davam etdirib.

 

Son günlərdə ölkəmizdə COVID-19-a yoluxmaların sayının kəskin şəkildə azalması ilə əlaqədar olaraq modul tipli xəstəxanalar öz fəaliyyətini dayandırıb. Mövcud vəziyyətlə əlaqədar olaraq TƏBİB-in qərarı ilə 13.04.2022-ci il tarixində Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu 300 yaxın elmi əməkdaşı ilə Cəlil Məmmədquluzadə küçəsi, 102 a ünvanında yerləşən 1 saylı modul tipli xəstəxanaya köçürülüb.

 

İnstitutun əsas hədəfi ən qısa zamanda İcbari Tibbi Sığorta Agentliyi nəzdində vətəndaşlara ambulator və stasionar xidmət göstərməkdir. İnstitutun kollektivi yüksək əhval-ruhiyyədə, qısa zamanda stasionar xidmətlərinə başlamaq niyyətindədir. Kollektivin ən böyük arzusu əsas binanın tez bir zamanda təmir olunması, öz binalarına köçmələri və bu ünvanda çoxşaxəli elmi fəaliyyətlərini və tibbi xidmətlərini davam etdirməkdir.

 

Qeyd edək ki, ölkəmizdə müxtəlif yoluxucu xəstəliklərə qarşı mübarizədə əvəzsiz rolu olan V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutun yaradılmasının bu il 100 illiyi tamam olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub